Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aran (əvvəlki adı: Kuybişev) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aran kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı

Aran (Ağcabədi)

  • Ana Səhifə
  • Aran (Ağcabədi)

Aran (əvvəlki adı: Kuybişev) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aran kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Kuybişev kəndi Aran kəndi adlandırılmışdır. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Aran kəndi Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aran kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Aran
39°55′26″ şm. e. 47°25′44″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Aran xəritədə
Aran
Aran

Mündəricat

Toponimikası

Kəndin daha qədim adı Qaradolaq olmuşdur. Yaşayış məntəqəsi kəngər tayfalarının bir qolu tərəfindən salındığı üçün belə adlandırılmışdı. 1935-ci ildən kənd SSRİ partiya və dövlət xadimi V. V. Kuybışevin (1888–1935) xatirəsinə Kuybışev adlandırılmışdır. Memorial toponimdir.

Tarixi

Bu kəndin adı ərazinin coğrafi mövqeyi ilə əlaqədar belə adlanmışdır. Vaxtilə düzəngah, susuz sahələr olan bu ərazilər ötən əsrin əvvəllərində məşhur Gavur arxının əsasında böyük Orçenikidze adına kanalın çəkilməsi ərazinin təsərrüfata yararlılığını artırdı. XX əsrin 30-cu illərin sonunda Kürün daşıb, məcrasından çıxması nəticəsində Kürqırağı ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndi indiki olduğu əraziyə köçürülüb, Aran kəndi salınmışdı.

Coğrafiyası və iqlimi

Kəndin ərazisi 14.91 kv.km-dir.

Əhalisi

2009-cu il məlumatına əsasən Aran kəndinin əhalisi 2012 nəfərdir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Həmçinin bax

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • May 28, 2026

    Gürcüstan Prezidenti

  • İyun 11, 2026

    Səfa Mirzəyev

  • Mart 26, 2026

    Surət Hüseynov

  • Aprel 04, 2026

    II əsr

  • İyun 02, 2026

    İşemik insult

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst