| Arif Ələkbərov | |
|---|---|
| Arif Ələkbər oğlu Ələkbərov | |
| Doğum tarixi | |
| Doğum yeri | Aşağı Göyçəli, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Elm sahəsi | iqtisadiyyat |
| Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
| Elmi adı | professor |
Arif Ələkbər oğlu Ələkbərov — iqtisad elmləri doktoru, professor, 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiri.
Həyatı
10 iyun 1965-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Göyçəli kəndində anadan olmuşdur. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən təhsil siyasətinin nəticəsində Ümumittifaq göndərişi ilə Minsk şəhərində Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun (indiki Belarus Aqrotexniki Universiteti) 1-ci kursuna qəbul olmuşdur.1987-ci ildə Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda"Kənd təsərrüfatında istehsalat proseslərinin avtomatlaşdırılması" ixtisası üzrə (fərqlənmə diplomu) 1-ci ali təhsil (oxuduğu illərdə Lenin adlı təqaüdə layiq görülmüşdür),1999-cu ildə Belarus Hüquqşünaslıq İnstitunda "Hüquqşünas" ixtisası üzrə 2-ci ali təhsil,2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə 3-cü təhsil almışdır.
1992-ci ildə texniki elmlər namizədi,2010-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə və 2015-ci ildə professor elmi adına layiq görülmüşdür.
1995–99-cu illərdə Minsk şəhərində Belarus –Azərbaycan cəmiyyətinin sədr müavini, Belarus Nazirlər Kabineti nəzdindəki Milli azlıqlar komitəsinin üzvü olmuşdur. 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Kommersiya" fakültəsinin dekanı, 2005–08-ci illərdə "İnformatika və idarəetmə" fakültəsinin dekan vəzifələrində çalışmışdır.
2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiridir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının professorudur.
70-dən çox elmi və metodik əsərlərin, o cümlədən 1 Avrasiya patentinin, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifidir. Dünya azərbaycanlılarının 1-ci qurultayının və YAP 2-ci qurultayının nümayəndəsi seçilmişdir.
Ailəlidir, iki övladı var.
- Yaşayan insanlar
- 10 iyunda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Əlifba sırasına görə alimlər
- Alim qaralamaları
- Ağstafada doğulanlar
- Azərbaycan iqtisadçıları
- Azərbaycanlı iqtisadçılar
- Azərbaycanlı alimlər
- Azərbaycan alimləri
- Azərbaycan Cüdo Federasiyasının prezidentləri