Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif Mikayıl oğlu Vəliyev (28 iyun 1943, Kirovka, Ağstafa rayonu – 23 iyun 2014, Bakı) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993–2014)

Arif Vəliyev

  • Ana Səhifə
  • Arif Vəliyev

Arif Mikayıl oğlu Vəliyev (28 iyun 1943, Kirovka, Ağstafa rayonu – 23 iyun 2014, Bakı) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993–2014).

Arif Vəliyev
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
9 may 1993 – 23 iyun 2014
ƏvvəlkiƏjdər Əliyev
SonrakıTahir Budaqov
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1943(1943-06-28)
Doğum yeri
  • Kirovka, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 iyun 2014(2014-06-23) (70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 20132013

Həyatı

Arif Mikayıl oğlu Vəliyev 1943-cü il iyun ayının 28-də Qazax (hazırda Ağstafa) rayonunun Həsənsu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olmuş və 1971-ci ildə ali məktəbi xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildən etibarən Azərbaycan SSR Mərkəzi Statistika Statistika İdarəsində başlayan Arif Vəliyev 1963-cü ilədək burada statistik, iqtisadçı olaraq çalışmış, 1963–1966-cı illərdə hərbi xidmət keçdikdən sonra yenidən Statistika İdarəsində fəaliyyətini davam etdirərək, 1966–1976-cı illərdə iqtisadçı, baş iqtisadçı və şöbə müdiri, 1976–1989-cu illərdə Statistika İdarəsi rəisinin müavini və birinci müavini olmuş, 14 dekabr 1979-cu ildən 25 may 1983-cü ilədək Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi vəzifəsini icra etmişdir. 1989–1990-cı illərdə isə həmin idarənin Baş hesablama mərkəzində baş iqtisadçı işləmişdir.

1990–1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992–1993-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatında böyük məsləhətçi olmuşdur. Arif Vəliyev 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Arif Vəliyevin ölkədə statistika işinin təşkili sahəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlar almış, o cümlədən 2013-cü ildə Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

A. Vəliyev 2014-cü il iyunun 23-də Bakı şəhərində vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn edilmişdir

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Mixail Tuxaçevski

  • Mart 26, 2026

    Azərbaycan bayrağı

  • Mart 27, 2026

    Təbiətin qorunması

  • Aprel 02, 2026

    Tofiq Bəhramov

  • Mart 28, 2026

    Avropa ölkələri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst