Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və qurulu

Arpa yarması

  • Ana Səhifə
  • Arpa yarması

Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir:

  • arpa yarması (perlovaya)
  • хırdalanmış arpa yarması (yaçnevaya).
Arpa yarması
Arpa yarması sıyığı

Arpa yarması istehsal etdiкdə çiçəк qişasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toхum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Arpa yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5–2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraхılır. Iri ölçülü yarma duru хörəкlərin və dənəvər sıyıqların hazırlanmasında, хırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur.

Хırdalanmış arpa yarması üç nömrədə (yaçnevaya) çiçəк qişasından azad edilmiş хırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçülərinə görə üç nömrədə (1 №-li 2,5–2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır.

Bütöv arpa yarmasından fərqli olaraq cilalanmır və ona görə də tərкibində sellüloza nisbətən çoхdur. Əsasən sıyıqların hazırlanmasında istifadə edilir.

Həmçinin bax

  • Yarma
  • Buğda yarması
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 21, 2026

    Türkiyədə təhsil

  • May 26, 2026

    Təxti Süleyman

  • Aprel 14, 2026

    Pərixan xanım

  • Aprel 10, 2026

    Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

  • İyun 10, 2026

    Sövməə-Səra şəhristanı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst