| Asif Azərelli | |
|---|---|
| Asif Hüseyn oğlu Rzayev | |
| |
| Doğum tarixi | 19 iyul 1946 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 4 sentyabr 2022 (76 yaşında) |
| Fəaliyyəti | rəssam |
| Təhsili |
|
| Mükafatları | |
Asif Azərelli (19 iyul 1946, Uğurbəyli, Bərdə rayonu – 4 sentyabr 2022) — əməkdar rəssam. Ən çox qəbul edilən Dədə Qorqud obrazının yardıcısı kimi tanınır.
Həyatı
Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Azərbaycanın Qarabağ bölgəsində Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur.
1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.
1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülmüşdür.
1980-ci ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir.
1980-ci ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur.
1983–1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olmuşdur.
Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi çalışırdı.
Onun işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir.
4 sentyabr 2022-ci il tarixində vəfat etmişdir.
Əsərləri
Dədə Qorqud
Qoca qarabağlı
Zəngilan toyu
Şuşa
- 19 iyulda doğulanlar
- 1946-cı ildə doğulanlar
- Bərdə rayonunda doğulanlar
- 4 sentyabrda vəfat edənlər
- 2022-ci ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunları
- Azərbaycan Respublikasının əməkdar rəssamları
- Əlifba sırasına görə rəssamlar
- Rəssam qaralamaları
- Azərbaycan rəssamları
- SSRİ Rəssamlar İttifaqının üzvləri