Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mahal cənubdan Qorqanrud mahalı, şərqdən Xəzər dənizi, qərbdən isə Vilgic mahalı ilə həmsərhəd idi. Qədim sərhədləri Hilevənd kəndindən Buta kəndinə qədər uzanı

Astara mahalı

Vikipediya, azad ensiklopediya
Mahal
Astara mahalı
Ölkə Talış xanlığı
İnzibati mərkəz Astara
Tarixi və coğrafiyası
Ləğv edilib 10 fevral 1828
Türkmənçay müqaviləsi
Əhalisi
Rəsmi dili Farsca
Talışca

Astara mahalıTalış xanlığının mahallarından biri.

Mahal cənubdan Qorqanrud mahalı, şərqdən Xəzər dənizi, qərbdən isə Vilgic mahalı ilə həmsərhəd idi. Qədim sərhədləri Hilevənd kəndindən Buta kəndinə qədər uzanırdı. Şimaldan isə qonşu Çayiçi Lənkəran mahalı ilə əhatələnmişdi. Burada yaşayan talışların bir böyük qismi sünni, bir qismi isə şiə idi. Astara mahalı 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində Qacar Iran-imperiyası ilə Rusiya imperiyası arasında imzalanmış Türkmənçay müqaviləsi ilə iki hissəyə bölünmüşdür. Şimalda qalan ərazi Astara rayonu adı ilə Azərbaycan, cənubda qalan hissəsi isə eyni adla Gilan ostanının tərkibindədir. Hazırda Lənkəran və Lerik rayonlarının tərkibində olan Alazəpin, Biləsər, Tüli və Coni kəndləri qədim Astara mahalının tərkibində olmuşlar.

Qeydlər

  1. Ehtimal olunur ki, bu indiki Hiləband kəndidir.
  2. Ehtimal olunur ki, bu indiki Pensər, qədim adıyla Butəsər kəndidir.
Üst