| Mahal | |
| Astara mahalı | |
|---|---|
| Ölkə | Talış xanlığı |
| İnzibati mərkəz | Astara |
| Tarixi və coğrafiyası | |
| Ləğv edilib | 10 fevral 1828 Türkmənçay müqaviləsi |
| Əhalisi | |
| Rəsmi dili | Farsca Talışca |
Astara mahalı — Talış xanlığının mahallarından biri.
Mahal cənubdan Qorqanrud mahalı, şərqdən Xəzər dənizi, qərbdən isə Vilgic mahalı ilə həmsərhəd idi. Qədim sərhədləri Hilevənd kəndindən Buta kəndinə qədər uzanırdı. Şimaldan isə qonşu Çayiçi Lənkəran mahalı ilə əhatələnmişdi. Burada yaşayan talışların bir böyük qismi sünni, bir qismi isə şiə idi. Astara mahalı 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində Qacar Iran-imperiyası ilə Rusiya imperiyası arasında imzalanmış Türkmənçay müqaviləsi ilə iki hissəyə bölünmüşdür. Şimalda qalan ərazi Astara rayonu adı ilə Azərbaycan, cənubda qalan hissəsi isə eyni adla Gilan ostanının tərkibindədir. Hazırda Lənkəran və Lerik rayonlarının tərkibində olan Alazəpin, Biləsər, Tüli və Coni kəndləri qədim Astara mahalının tərkibində olmuşlar.
Qeydlər
- Ehtimal olunur ki, bu indiki Hiləband kəndidir.
- Ehtimal olunur ki, bu indiki Pensər, qədim adıyla Butəsər kəndidir.
- Əlifba sırasına görə inzibati vahidlər
- 1828-ci ildə ləğv olunanlar
- Talış xanlığının mahalları
- Talış xanlığının tarixi
- Talış xanlığı