Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Atlı xalqlar — yaşamının böyük hissəsini atüstü keçirən köçəri ya yarım-köçəri xalqlar. Onlar atı əhliləşdirmiş, döyüş arabası, atlı qoşun, atlı oxatan, yüyən,

Atlı xalqlar

Vikipediya, azad ensiklopediya

Atlı xalqlar — yaşamının böyük hissəsini atüstü keçirən köçəri ya yarım-köçəri xalqlar. Onlar atı əhliləşdirmiş, döyüş arabası, atlı qoşun, atlı oxatan, yüyən, dəhnə, üzəngi, şalvar geyimini, atüstü yarışma oyunları yaratmışlar.

Etnik kimlikləri

Atlı xalqların əzici çoxu türk idi. Onlar at əti yeyirdilər və qımız (at südü) içirdilər. Yaxşı dəmirçi, metallurq və zərgər idilər. Atüstü idman növləri vardı: çovqan (atüstü polo), sür-papaq (atüstü basketbol) , er eniş (atüstü gürəş) , papaq oyunu və b. Karuselin yaranması da atlı xalqlarla bağlıdır: ilk dəfə karusel atları döyüş üçün məşq etmək üçün yaradılmışdı, sonralar insanlar tərəfindən yelləncək kimi işlədilmişdir. Qeyri-türk xalqlarında köçərilik görülsə də (məsələn, qaraçılar, bədəvi ərəblər), uşaqlı, qadınlı, kişili elliklə kütləvi şəkildə atlı həyat tərzi sürmək, at əti yemək, at südü içmək təsvir olunmamışdır.

Döyüş tərzləri

  • Skiflər — əfsanəvi atlı oxatanlar, "kentavrlar".
  • Sarmatlar — başdan ayağa zirehli döyüşçülər, atları da zirehli idi. Hücum silahları parflarınkını, kuşanlarınkını xatırladırdı.
  • Parflar — skiflər kimi pulcuqlu zireh geyirdilər.
  • Hunlar — rəqiblərə yaxınlaşmamaq və geri çəkilmə taktikasını yürüdürdülər, uzaqdan vururdular, at üzəngisini ilk dəfə onlar işlədiblər.
  • Alanlar
  • Avarlar
  • Bulqarlar
  • Kazaklar — nizəylə vuruşurdular, at qaçan zaman yəhərə otura bilirdilər.
  • Komançi hinduları — Amerika aborigenləri içində ən yaxşı at miniciləri idilər.

Xronoloji bölgü

  • Antik Çağ
    • Kimmerlər | İssedonlar | Vusun | Parflar | Parni | Saka | Massagetlər | Skiflər | Sarmatlar | Sığınlar | Yueçji | Eftalitlər
  • Xalqların Böyük köçü Çağı
  • Orta Çağ
    • Başqırlar | Burtalar | Bulqarlar | Cürçenlər | Kalmıklar | Xəzərlər | Kiməklər | Qıpçaqlar | Macarlar | Monqollar | Noqaylar | Peçeneqlər | Səlcuqlar | Tatarlar
  • İndiki Çağ
    • Kalmıklar | Qazaxlar | Qırğızlar | Qaraqalpaqlar

Həmçinin bax

  • Atüstü oxatma
  • Köç
Üst