Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.

Avey (dağ)

  • Ana Səhifə
  • Avey (dağ)

Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.

Avey dağı
Aveydağ mağarası
Aveydağ mağarası
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Kiçik Qafqaz
Mütləq hündürlüyü 992,5 m
Yerləşməsi
41°08′55″ şm. e. 45°13′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Qazax rayonu
Avey dağı xəritədə
Avey dağı
Avey dağı
Avey dağı xəritədə
Avey dağı
Avey dağı

Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur.

Avey sözünün mənası

Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub. Avey dağının özündə və ətrafında abidələr çoxdur. Təsadüfi deyil ki, respublika hökumətinin 22 fevral 1989-cı il tarixli qərarı ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Ukrayna

  • Aprel 04, 2026

    Əlibəy Novruzi

  • Aprel 09, 2026

    Daş Zirə

  • Aprel 21, 2026

    Azərbaycanlıların etnogenezi

  • Mart 26, 2026

    Riyaziyyat

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst