| Avey dağı | |
|---|---|
| Aveydağ mağarası | |
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Dağ silsiləsi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 992,5 m |
| Yerləşməsi | |
| 41°08′55″ şm. e. 45°13′16″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon |
|
| Avey dağı | |
| Avey dağı | |
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Daş Salahlı kəndindən 12 km aralıdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri vardır. İbtidai görkəmli qayada çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi vardır. Ermənistan-Azərbaycan müharibəsi dövründə zirvəsinə giriş məhdud olmuşdur.
Avey sözünün mənası
Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılmışdı. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub. Avey dağının özündə və ətrafında abidələr çoxdur. Azərbaycan SSR hökumətinin 22 fevral 1989-cı il tarixli qərarı ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.
- Əlifba sırasına görə dağlar
- Aveydağ
- Qazax rayonunun dağları
- Azərbaycanda dağ zirvələri