Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ayıdərəsi dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3115,0 m). Zəngəzur silsiləsindəki Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun

Ayıdərəsi dağı

Vikipediya, azad ensiklopediya
Ayıdərəsi dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3115,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad

Ayıdərəsi dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3115,0 m). Zəngəzur silsiləsindəki Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayırıcısında zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan eyniyaşlı, şimal-şərqə istiqamətlənmiş, uzunsov Qaranquş andezit-dasit intruziyası hüdudlarında sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-qərb kənarında izlənilən şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.

Həmçinin bax

  • Ağrıdağ
  • Ağqaya (Babək rayonu)
  • Qoşundaş dağı
  • Güllüdağ
  • Quşdaş dağı
  • Çaxmaqlı
Üst