Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aybəniz Səməd qızı Vəkilova (9 sentyabr 1937, Bakı – 13 iyun 2009, Bakı) — Səməd Vurğun Fondunun prezidenti (?–2009) və Səməd Vurğunun ev-muzeyinin direktoru (2

Aybəniz Vəkilova

Vikipediya, azad ensiklopediya
Aybəniz Vurğunqızı
Doğum tarixi 9 sentyabr 1937(1937-09-09)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 iyun 2009(2009-06-13) (71 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Uşağı Aygün Vəkilova
Atası Səməd Vurğun
Anası Xavər Vəkilova
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2002

Aybəniz Səməd qızı Vəkilova (9 sentyabr 1937, Bakı13 iyun 2009, Bakı) — Səməd Vurğun Fondunun prezidenti (?–2009) və Səməd Vurğunun ev-muzeyinin direktoru (2006–2009), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2002).

Həyatı

Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. 1944–1951-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində oxumuş(sonra 132 saylı məktəbə dəyişilib),1954-cü ildə oranı bitirmişdir. 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış, oranı "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirmişdir. 1962–1967-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1967–1970-ci illərdə EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra 1975-ci ilin oktyabr ayına qədər həmin institutda isləmişdir.

1975-ci ilin oktyabr ayında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz olmuş, 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə vaxtilə SSRİ-nin Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunmuşdur. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. Aybəniz Vəkilovanın muzey fəaliyyəti ümummilli lider Heydər  Əliyev tərəfindən də qiymətləndirilmiş, 1997-ci ildə anadan olmağının 60 illiyi münasibətilə ona təbrik məktubu göndərmiş, 2002-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş, 2003-cü ildə "Prezident təqaüdü" verilmişdir.

Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveç və İspaniyada konfranslarda iştirak etmişdir. Səməd Vurğunun yubileyləri münasibətilə 1966, 1976 və 1986-cı illərdə nəşr edilmiş kitablarının tərtibçisi, 1976-cı ildə çəkilmiş "Səməd Vurğun" sənədli filminin elmi məsləhətçisi olmuşdur.

1994-cü ildə təsis etdiyi "Səməd Vurğun Fondu"nun prezidenti olmuşdur. Fond tərəfindən muzeyin fəaliyyətinə həsr olunmuş "Vurğun ocağı-25" adlı albom və "Sözləri Səməd Vurğunundur" adlı mahnı diski yaradılmış, internetdə şairin həyat və yaradıcılığına və muzeyin fəaliyyətinə həsr olunmuş sayt açılmışdır (www.samedvurgun.com). 

1996-cı ildə şairin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş Ş. Nəzirlinin "Vurğun ömrü məktublarda" kitabının və A. Bayramovun "Vurğun ocağı" kitabının elmi məsləhətçisi və rəyçisi olmuşdur. 2003-cü ildə çap edilən İ. Umudlunun "Vəkiloğulları" kitabının da elmi məsləhətçisi olmuşdur. 2004-cü ildə şairin "Seçilmiş əsərləri"ni tərtib etmişdir. 2005-ci ildə çap olunan Səməd Vurğunun 5 cildlik "Seçilmiş əsərləri"nin redaktorudur. 2006-cı ildə onun redaktorluğu ilə Səməd Vurğunun 100 illiyi münasibətilə AMEA-nın Tarix İnstitutunun əməkdaşları F. Vəliyev və R. Əfəndiyevin "Səməd Vurğun və Azərbaycan etnoqrafiyası" kitabı çap edilmişdir. Həmin ildə " Səməd Vurğun-100 " bukletini (3 dildə) tərtib etmişdir.

2007-ci ildə Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülmüşdür. Təqdimat 2008-ci il noyabr ayının 5-də Səməd Vurğunun ev-muzeyində keçirilmişdir.

Aybəniz xanım Vəkilova 2009-cu il iyun ayının 13-də Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 9 mart 2002
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 21 fevral 2003

Nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yusif
ağa Vəkilov
 
Məhbub
xanım Vəkilova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ruqiyyə
Paşabəyova
 
 
 
Mehdixan
Vəkilov
 
 
 
 
Səməd
Vəkilov
 
 
 
Xavər
Vəkilova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çiçək
Vəkilova
 
 
 
Cavanşir
Vəkilov
 
 
 
 
Yusif
Vəkilov
 
Vaqif
Vəkilov
 
Aybəniz
Vəkilova
 
 
 
 
Üst