Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aydın Şamil oğlu Əzizbəyov — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri (1989–1992), Azərbaycan Respublikası Baş nazir

Aydın Əzizbəyov

Vikipediya, azad ensiklopediya
Aydın Əzizbəyov
Azərbaycan Respublikası Baş nazirinin müavini
13 fevral 1992 6 mart 1992
PrezidentAyaz Mütəllibov
Baş nazirHəsən Həsənov
Azərbaycan Respublikasının Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri
5 fevral 1991 22 may 1992
Əvvəlkiqurumun adı dəyişdirilib
SonrakıFərrux Zeynalov
(material ehtiyatları naziri kimi)
Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri
10 mart 1989 5 fevral 1991
ƏvvəlkiRəhim Hüseynov
Sonrakıqurumun adı dəyişdirilib
Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini
26 yanvar 1983 10 mart 1989
SədrRəhim Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 1945(1945) (80–81 yaş)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası

Təltifləri "Şərəf nişanı" ordeni

Aydın Şamil oğlu Əzizbəyov — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri (1989–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini (1992).

Həyatı

Aydın Şamil oğlu Əzizbəyov 1945-ci ildə anadan olmuşdur. İxtisasca mühəndis-energetikdir.

Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun böyük mühəndisi kimi başlamışdır. 1968-ci ildən 1973-cü ilədək Elmlər Akademiyası Kibernetika İnstitutunun aspirantı, kiçik elmi əməkdaşı olmuşdur. 1973-cü ildən 1983-cü ilədək Azərbaycan SSR Dövləttəchizat Komitəsi respublika hesablama mərkəzinin direktoru işləmişdir.

Aydın Əzizbəyov 1983-cü ildə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1989-cu ilin mart ayında isə bu komitənin sədri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin may ayınadək işləmiş, paralel olaraq 1992-ci ilin fevral–mart aylarında Azərbaycan Respublikası Baş nazirinin müavini olmuşdur.

Həmçinin bax

  • Azərbaycan SSR hökuməti (1985–1991)
  • I Azərbaycan hökuməti
Üst