| Aydın Abbasov | |
|---|---|
| 2005 – 2015 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 avqust 1976 (50 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Atası | Abbas Abbasov |
Abbasov Aydın Abbas oğlu (26 avqust 1976, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin III və IV çağırışlarının deputatı.
Həyatı
Aydın Abbasov 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci ildə Gəncə şəhərində yerləşən 37 saylı Nizami birinci seçki dairəsindən bitərəf namizəd kimi deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, habelə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
Həmçinin bax
- 1992–2006-cı illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini işləmiş Abbas Abbasovun oğludur.
İstinad
- 26 avqustda doğulanlar
- 1976-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Gəncədə doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları