Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aydın Əşrəf oğlu Abdullayev (7 iyun 1951, Jdanov – 19 yanvar 2022, Bakı) — Azərbaycan kino istehsalatı təşkilatçısı.

Aydın Abdullayev

Vikipediya, azad ensiklopediya
Aydın Abdullayev
Doğum tarixi 7 iyun 1951(1951-06-07)
Doğum yeri
Vəfat tarixi 19 yanvar 2022(2022-01-19) (70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Beyləqan
Milliyyəti azərbaycanlı
Atası Həsən Abdullayev
Fəaliyyəti kinorejissor
Fəaliyyət illəri 1975–2022
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti

Aydın Əşrəf oğlu Abdullayev (7 iyun 1951, Jdanov19 yanvar 2022, Bakı) — Azərbaycan kino istehsalatı təşkilatçısı.

Həyatı

Aydın Abdullayev 1951-ci il iyunun 7-də anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib. 1975-ci ildən kino sahəsində çalışır: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləmişdir. 1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994–2000-ci illərdə "Azanfilm" kinostudiyasının direktoru olmuşdur. 20-dək animasiya filmlərinin direktorudur. 19 yanvar 2022-ci ildə vəfat etmişdir.

Filmoqrafiya

  1. Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
  2. Kirpi balası və alma (film, 1977)
  3. Sən belə cımbılısan (film, 1982)
  4. Ümid (film, 1992)
  5. Şüalə (film, 1994)
  6. Çalalar (film, 2000)
Üst