Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu. 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən de

Aysel Əlizadə

Vikipediya, azad ensiklopediya
Aysel Əlizadə
Aysel Alim qızı Əlizadə
Doğum tarixi (46 yaş)
Doğum yeri Bakı, Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşları
  • Aqşin Yenisey,
  • Ramin Hacılı[d] (2014–2020)
Anası Kəmalə Abiyeva
Fəaliyyəti Yazıçı, jurnalist
Fəaliyyət illəri 1998-indiyədək
Əsərlərinin dili Azərbaycanca
İlk əsəri Bəyaz kürk

Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu. 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub.

Həyat və yaradıcılığı

Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb.

Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb. Şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.

2009-cu ildə 1997-ci ildən bəri hər il təqdim olunan "Media Açarı" mükafatına, "Mədəniyyət nominasiyası üzrə" "525-ci qəzet"in əməkdaşı kimi layiq görülüb. İki kitabının, "Bəyaz kürk" və "Erkəklər" türk dilinə tərcümə olunaraq Ankara və İstanbulda təqdimatları, imza günləri keçirilib. 2015-ci ilin 01 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Binəqədi rayonundan deputatlığa namizəd olub. 2017-ci ildə şeirlərindən ibarət ingilis dilində "Qadın" adlı kitabı çap olunub. 2017-ci ildən "qadınkimi.com" adlı feminizm saytının təsisçisi və rəhbəridi. 2020-ci ildə Qərbi Kaspi Universitetində "Feminizm: ədəbiyyatda və həyatda" mövzusunda çıxışı olub. Ruscadan çevirdiyi "Yarımçıq qalmış" adlı pyes Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.

Siyasi fəal və Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə evlidir. Bir övladları var.

Əsərləri

  • "Ora" (hekayələr)
  • "Doğulacaq qadın" (şeirlər)
  • "Bəyaz kürk" (hekayələr)
  • "Göy Qurşağı" (esselər)
  • "Erkəklər" (roman)
  • "Təkliyə düzəliş" (şeirlər)
  • "Azad" (akademik Azad Mirzəcanzadə haqda portret)
  • "Qadın peyğəmbər" (roman).
  • "Qadın"
  • "Seksin poeziyası" şeirlər.
  • "Qızlar ağlamaz"

Tərcümə etdiyi əsərlər

  • Aqata Kristi — "Qolf meydançasında qətl"
  • Andrey Platonov — "Kotlovan"
  • Edqar Tolle — "Yeni dünya"
  • Oşo — "Qadınların kitabı"
  • Oşo — "Kişilərin kitabı"
Üst