| Ayıdərəsi dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 3115,0 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon |
|
Ayıdərəsi dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3115,0 m). Zəngəzur silsiləsindəki Qapıcıq yüksəkliyindən (3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayırıcısında zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan eyniyaşlı, şimal-şərqə istiqamətlənmiş, uzunsov Qaranquş andezit-dasit intruziyası hüdudlarında sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-qərb kənarında izlənilən şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.
Həmçinin bax
- Ağrıdağ
- Ağqaya (Babək rayonu)
- Qoşundaş dağı
- Güllüdağ
- Quşdaş dağı
- Çaxmaqlı
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Ordubad rayonunun dağları