| Azər Aydəmir | |
|---|---|
| Azər Rauf oğlu Aydəmir | |
| |
| Doğum tarixi | 24 iyul 1986 (39 yaş) |
| Doğum yeri |
|
| Milliyyəti | azərbaycanlı |
| Fəaliyyəti | aktyor, ssenarist, prodüser |
| Fəaliyyət illəri | 2009-cu ildən |
| IMDb | ID6413655 |
Azər Aydəmir (24 iyul 1986, Bakı) — Azərbaycan aktyoru, ssenaristi, prodüseri.
Həyatı
Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir, 1 övladı var.
Aktyorun əsli Xızıdandır. Atası yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən.
Fəaliyyəti
Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır. Köç və karyera artımı səbəblərindən birinci kursda təhsildən ayrılmışdır. İlk fəaliyyət illərində Azəravtoyol QSC nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir kimi çalışmışdı. Sonradan tanınmış neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərmişdi. 2005-ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib.
2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublar şəbəkəsinin (Z CLUB) əsasını qoyub. İctimaiyyət tərəfindən tələbolunan tədbirlər təşkilatçı kimi fəaliyyət göstərib.
2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan "Döngələr" serialı ilə başlayıb. Hal-hazırda aktyor 50-dan çox filmdə çəkilib.
Azər Aydəmir 2018-ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019-cu ildən Azercell şirkətinin uğurlu rebrendinqindən sonra, Azər Aydəmir Azercell Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel olaraq, hal-hazırda Azər Aydəmir, İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Həmçinin A. Aydəmir Çex respublikasının avtomobil markası olan Skoda brendinin Azərbaycan üzrə səfiri olmuşdur. Ölkə üzrə sima üzərindən marketinq və "səfirlik" fəaliyyəti bir ilk, həmçinin uğurlu sayıldığına görə A. Aydəmir 01.08.2025 ci il tarixdən etibarən Mercedes-Benz markası ilə uzun müddətli sima anlaşması imzalamaşdır və uğurlu keçid etmişdir. İctimai Televiziya ilə fəaliyyəti isə gündəlik sosial-analitik Sabaha Saxlamayaq axşam tok-şousunun aparıcılığı ilə başlayıb. (2019–2021) Bundan əlavə (Discovery Science) tv kanalının "How the universe works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasına aparıcılıq edib. Azər Aydəmir ssenarist və aktyor olmaqla paralel 2025 ci ildən başlayaraq ciddi şəkildə prodüserlik sənətinə də maraq göstərir və 01.01.2025 ci il tarixdə "Aydemir Entertainment" MMC şirkətinin əsasını qoyur. Şirkətin gələcək planları Azərbaycanda keyfiyyətli kontent (filmlər və seriallar) istehsal etməkdir. Şirkətin ilk məhsulu rejissor və ssenarist Əlixan Rəcəbovun ərsəyə gətirdiyi "Kabab, Şərab, Hesab" qara komediyasıdır. Azər Aydəmir həmçinin psixologiya və ezoterika ilə yaxından maraqlanır. Onun hər həftə AvtoFm 107.7 dalğasında yayımlanan "Qarışıq Fəlsəfə" layihəsi inancsız və dinə skeptik yanaşan insanlarda böyük maraq oyadıb və yüzlərlə insanın yenidən özünə və həyata sevgisini bərpa edib. Həmin verilişdə aktyor ezoterik fəlsəfi söhbətlər edir.
Mükafatları
"Müasir Audiovizual Baxış" mükafatı — 26 yanvar 2022
Filmoqrafiya
Aktyor kimi
- Ağabəyovlar (film, 2012-2014) (bədii serial) – Kamran Ağabəyov
- Döngələr (teleserial, 2012) (bədii serial) – Kürən
- Xoca (film, 2012) (tammetrajlı bədii film) – Yuri Kovalyov
- Həyat çiçəyi (film, 2013) (bədii serial) – Yunis
- Tək olanda qorxma... (teleserial, 2013) (bədii serial) – Yevgeni
- Mən evə qayıdıram (film, 2014) (tammetrajlı bədii film) – baş leytenant Timur Losev
- Sərnişin (qısametrajlı film, 2014) – Avtomobilli yolcu
- Bakı, mən səni sevirəm (film, 2015) (kinoalmanax) – Oqtay
- Dərs (film, 2015) (tammetrajlı bədii film) – Oqtay
- Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film) – Cəmilin dostu
- Xəzər Atlantidası (film, 2015) (qısametrajlı bədii film) – Oqtay
- Qanlı Yanvar (film, 2015) (tammetrajlı bədii film) – Mehdi
- Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) – Seymur
- Sənin deyil (film, 2016) (bədii serial) – Vüqar
- Qayıdış (film, 2016) (tammetrajlı bədii film) – Arif
- Məryəm (teleserial, 2016) (bədii serial) – Zaur
- Pərdə (film, 2016) (tammetrajlı bədii film) – Fuad
- Postskriptum (film, 2016) (qısametrajlı bədii film) – Robert Nobel
- Don Marleone (film, 2017) (tammetrajlı bədii film) – Mayor Ərəstun
- Şekspir (film, 2017) (qısa metrajlı film) — Ər
- Xənnas (film, 2017) (tammetrajlı bədii film) – Rus zabiti
- Nazlı (film, 2017) (tammetrajlı bədii film) – Gülən adam
- Dəniz suyu içən it (film, 2017) – Azər
- Kəklikotu (film, 2017) – Polis serjantı
- Fəlakət (film, 2018) – Vahid
- Əlvida, Şmidt! (film, 2019) – Emil Şmidt
- Dağıntılar Altında (teleserial, 2019) – Teymur
- Sevgi Romanı (film, 2020) – Xanlar
- Yad gəlin (teleserial, 2019) – Yasin
- İblis (qısa metrajlı film, 2020) – Çingiz
- Luger (qısa metrajlı film, 2020) – Vüqar
- Faberge (qısa metrajlı film, 2021) – Administrator
- Olimpia (film, 2021) – baş leytenant Dəmir
- Həmrəylik Günü (tam metrajlı film, 2022) – Azər
- Sonuncu Şam Yeməyi (tam metrajlı film, 2022) – Müasir molla
- Əqrəb mövsümü (teleserial, 2022) – Rauf Eyvazov
- Həyat, deyəsən, gözəldir (film, 2022) – Masi
- Viktoriya (film, 2023) – Zaur
- Mən Burada Tək Olmuşam (film, 2023) – Samir
- Sərnişinlər (film, 2023) — Taksi sürücûsü
- Doğma torpaq (film, 2023) – Patison
- Çılpaq (film, 2023) – Çingiz
- Apatiya (film) — Aqlay
- Alatava (film, 2024) — Vidadi
- Ifritə 2-ci seriya (serial, 2024) - Aydın (qonaq aktyor)
- Şirin 17 ci bölüm (serial, 2024) - Hikmət
- Sifariş (film, 2025) - Mehman
- Apatiya 2 (film, 2025) - Aqlay
- Əqrəb mövsümü "İki dünya bir olsa da" (teleserial, 2025) - Rauf Eyvazov
- Otel Loo (film, 2025) - Murad
- Bəlkə də... (film, 2025) - Manyak
- Zəfər rəqsi (film, 2025) - Cəlal
- Marytale. İnklüziv möcüzələr (film, 2025)
- Qırmızı zona (teleserial, 2026) - Rəşad
- Kabab, şərab, hesab (film, 2026) - Nazim
- Borc (film, 2026) - Azər Rejissor
Prodüser kimi
- Kabab, şərab, hesab! (film, 2026)
- İşquz dövləti (film, 2026)
Ssenari müəllifi kimi
- Sevgi Romanı (film, 2020)
- Viktoriya (film, 2022)
- O Kafe Storieslər (qısa film, 2023)
- Həmrəylik Günü (film, 2023)
- Əqrəb mövsümü (teleserial, 2023)
- Əqrəb mövsümü "İki dünya bir olsa da" (teleserial, 2025)
- Əqrəb mövsümü "Üç meymun" (teleserial, 2026)
- İslahat (teleserial, 2026)
Quruluşçu rejissor kimi
- O Kafe Storieslər (YouTube filmi)
İkinci Rejissor kimi
- Pərdə (film, 2016)
- Şər qarışanda (film, 2016)
Aparıcı kimi
- "44 gün – Zəfər Yolu" (İTV, 5 hissə, 2020)
- Sabaha Saxlamayaq (İTV, 267 buraxılış 2019–2021)
- 12-ci Sinif (YouTube layihəsi)
- Qarışıq Fəlsəfə (radio layihəsi, AvtoFM-107.7)
- Kainat Necə Qurulub – Azər Aydəmirlə (İTV, 36 hissə, 2022–2023)
- Qrossmeyster — Heydər Əliyev (İTV, 3 hissə, 2023) — aparıcı
- Hər şey yaxşı olacaq (sənədli film) - Aparıcı (İTV, 1 hissə)
- Işquz dövləti (sənədli, bədii film) - Aparıcı (MN, ARKA, 2 hissə)
Filmi səsləndirən kimi
- Spark. Bəşəri qəhrəman (film, 2017)
- Nazik Mətləb – Müəllim (Rüstəm Cəbrayılov) (film, 2021)
- Oğul – Əsas mətni səsləndirən, Natiq Qasımovun əziz xatirəsinə (Rej – Karan Singh, İngiltərə) (film, 2022)
- Zəhər Tuluğu – Adil "Rus dili versiyası" (Rej – O. Mərdan, T. Yüzbəyov) (film, 2021)
- Transilvaniya oteli (cizgi filmi, 2012) – Canavar (İctimai TV)
- 24 iyulda doğulanlar
- 1986-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktyorları
- Malakanəsilli azərbaycanlılar
- Azərbaycan ssenaristləri
- Azərbaycan prodüserləri
- Azərbaycanın televiziya aparıcıları
- XXI əsr Azərbaycan aktyorları
