Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azər Bəhlul oğlu Qocayev (7 sentyabr 1985, Sumqayıt) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü.

Azər Qocayev

  • Ana Səhifə
  • Azər Qocayev

Azər Bəhlul oğlu Qocayev (7 sentyabr 1985, Sumqayıt) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü.

Azər Qocayev
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
13 may 2020-ci ildən
ƏvvəlkiAqil Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1985(1985-09-07) (40 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb[d],
  • Sumqayıt Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, icraçı direktor[d]
Uşağı 3

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı — 2020 "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı — 2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Azər Qocayev 7 sentyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir.

2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb.

2010–2015-ci illər ərzində "Azərenerji" ASC"-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

2015–2017-ci illər ərzində "Azərişıq" ASC-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

2017–2018-ci illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin rəis müavini kimi fəaliyyət göstərib.

2018–2019-cu illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.

2019–2020-ci illər ərzində isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir. 3 övladı var.

Əslən Kəlbəcər rayonundandır. Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı şair Qurbanın nəslindəndir, Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşirin qardaşı nəvəsidir.

Təltifləri

  • "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)" yubiley medalı — 2020
  • "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı — 10.12.2020
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 02.02.2024
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Sis (Şamaxı)

  • Mart 29, 2026

    İnsan hüquqları

  • Aprel 04, 2026

    Yərmuq döyüşü

  • Aprel 07, 2026

    Verden döyüşü

  • Aprel 08, 2026

    Abdul Əliyev

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst