Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanın sərhədləri — Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən

Azərbaycanın sərhədləri

  • Ana Səhifə
  • Azərbaycanın sərhədləri

Azərbaycanın sərhədləri — Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının Dövlət Sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının sərhədinin uzunluğu 3360 km, o cümlədən quru sərhədlərinin 2648 km-dir və su sərhədlərinin uzunluğu 816 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası ilə 390 km, şimal-qərbdə Gürcüstan ilə 471 km, qərbdə və cənub-qərbdə Ermənistan ilə 1007 km, qərbdə Türkiyə ilə 15 km və cənubda iran 765 km ilə həmsərhəddir. Şərqdə sərhədlərin ümumi uzunluğu 713 km olan Xəzər dənizi yuyur.

Azərbaycanın siyasi xəritəsi

Rusiya Federasiyası ilə sərhəd xətti Samurçay, Sudur silsiləsi və Baş Qafqaz silsiləsinin yal hissəsindən keçir. Gürcüstanla sərhədi, əsasən, Qanıxçay ilə Qabırrıçayın və Kür ilə Qabırrıçayın suayırıcısı təşkil edir. Ermənistanla sərhədi, əsasən, Murğuz, Şahdağ və Şərqi Göyçə silsilələri və Qarabağ yaylası ilə ayrılır. Türkiyə və İran ilə sərhədini çox yerdə Araz, Bolqarçay, Astaraçay və Talış dağları təşkil edir. Biləsuvardan Araz çayına qədər 50 km-lik məsafədəki sərhəd Muğan düzündən keçir.

Azərbaycan sərhədləri
Dövlət
(saat istiqamətinin tərsinə sıralama)
Sərhəd xəttinin uzunluğu (km)
 Rusiya391
 Gürcüstan471
 Ermənistan1007
 Türkiyə15
 İran765
Ümumi:2649

Həmçinin bax

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • İyun 10, 2026

    Əsr surəsi

  • Aprel 03, 2026

    Siyəzən rayonu

  • Aprel 17, 2026

    Mixail Kaveroçkin

  • İyun 24, 2026

    Vaşinqton şəhəri

  • Aprel 05, 2026

    IX əsr

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst