| Azərbaycan–Çexiya münasibətləri | |||||
|---|---|---|---|---|---|
| | |||||
| | |||||
| Azərbaycanın Çexiyadakı səfirliyi | |||||
| Səfir | Adış Məmmədov | ||||
| Ünvan | Praqa, Na Zátorce 783/17, 160 00 | ||||
| Çexiyanın Azərbaycandakı səfirliyi | |||||
| Səfir | Milan Sedlaçek[rus.] | ||||
| Ünvan | Bakı, C. Cabbarlı küç., 44 Caspian Plaza, 16 mərt. | ||||
| Digər | |||||
| Quruluş tarixi | 29 yanvar 1993 | ||||
| Dövriyyə | 0,815 mlrd doll. (2025) | ||||
Azərbaycan–Çexiya münasibətləri — Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 27-də qurulmuşdur.
Beynəlxalq görüşlər
Çexiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir sıra rəsmi görüşlərə ev sahibliyi etmişdir. Azərbaycan prezidentlərindən Heydər Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 21 noyabr 2002-ci ildə, İlham Əliyev isə Serj Sarkisyanla 7 may 2009-cu ildə Praqada görüşmüşlər.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Səməd Seyidov olmuşdur. 4 mart 2016-cı il tarixindən 2020-ci ilə qədər Valeh Ələsgərov işçi qrupunun rəhbəri olub. 25 aprel 2020-ci ildən işçi qrupunun rəhbəri Elnur Allahverdiyevdir.

İqtisadi əlaqələr
Əmtəə dövriyyəsi, (mln ABŞ doll)
| İllər | İdxal | İxrac | Ümumi həcmi |
|---|---|---|---|
| 2014 | 46 | 592 | 638 |
| 2015 | 58 | 550 | 608 |
| 2016 | 66 | 214 | 280 |
| 2017 | 108 | 556 | 664 |
| 2018 | 107 | 938 | 1045 |

Əmtəə dövriyyəsi (min doll.)
| İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
|---|---|---|---|
| 2020 | 227 508,43 | 46 101,84 | 273 610,27 |
| 2021 | 263 788,87 | 43 663,93 | 307 452,8 |
| 2022 | 922 190,64 | 67 392 | 989 582,64 |
| 2023 | 684 215,54 | 83 054,07 | 767 269,61 |
| 2024 | 1 088 485,92 | 64 829,45 | 1 153 315,37 |
| 2025 | 744 813,22 | 69 916,74 | 814 729,96 |
Mədəni əlaqələr
Qardaşlaşmış şəhərlər
Gəncə, Azərbaycan –
Olomouts, Çexiya
Xocalı, Azərbaycan –
Lidiçe, Çexiya

Səfirliklər
Azərbaycanın Çexiyada:
- Praqada Azərbaycan səfirliyi
Çexiyanın Azərbaycanda:
- Bakıda Çexiya səfirliyi
İdman sahəsində əməkdaşlıq

Futbol qarşılaşmaları
Həmçinin bax
- Avropa Birliyi–Azərbaycan əlaqələri
- Azərbaycan qaralamaları
- Çexiya qaralamaları
- Azərbaycan–Çexiya münasibətləri