| Azərbaycan–Livan münasibətləri | |||||
|---|---|---|---|---|---|
| |||||
| | |||||
| Livandaki Azərbaycanin səfirliyi | |||||
| Səfir | Səməd Həsənov | ||||
Azərbaycan–Livan münasibətləri — Azərbaycan Respublikası ilə Livan Respublikası arasındakı müxtəlif sahələrdə mövcud ikitərəfli əlaqələr.
İkitərəfli münasibətlər
- 1972-ci ildə cənab Heydər Əliyev Livanda səfərdə olmuşdur.
- 1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır.
- İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 18-də qurulmuşdur. Həmin tarixdə iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
- 2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 886 nömrəli Sərəncamı ilə cənab M.M.Əliyev AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdır.
- 2015-ci ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1435 nömrəli Sərəncamı ilə cənab Ağasəlim Şükürov AR-in Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
- 2016-cı ilin 18 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri cənab A.Şükürov etimadnaməsini Livan Respublikasının Prezidenti general Mişel Auna təqdim etmişdir.
- 20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirlərdə Livan Respublikasının Milli Assambleyasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.
- 27 sentyabr 2018-ci iltarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Livan Respublikasının Xarici İşlər və Diaspor naziri cənab Cubran Basil ilə görüşmüşdür.
- 24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Livan Xarici İşlər və Mühacirlər naziri Cubran Basilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Müqavilə və Hüquq bazası
Azərbaycan Respublikası ilə Livan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.
Kateqoriyalar:
- Azərbaycan qaralamaları
- Livan qaralamaları
- Azərbaycan–Livan münasibətləri
