Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azərbaycan İES (tam adı: Azərbaycan İstilik Elektrik Stansiyası) — Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 blokdan

Azərbaycan DRES

40°46′12″ şm. e. 47°02′56″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Azərbaycan İES
Azərbaycan istilik elektrik stansiyası
Xəritə
Ümumi məlumatlar
Sahibi Azərenerji ASC
Status İşlək
Tikilmə tarixi 1974
İstismara verilib 1981
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 2400 MVt
Avadanlıq xüsusiyyətləri
Əsas yanacaq Təbii qaz, mazut
Enerji bloku sayı 8
Turbin tipi Buxar
Yerləşməsi
40°46′12″ şm. e. 47°02′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yer Mingəçevir
Azərbaycan İES xəritədə
Azərbaycan İES
Azərbaycan İES
"Azərbaycan" İES (Azərbaycan)
Nöqtə
Azərbaycan İES
Azərbaycan İES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan İES (tam adı: Azərbaycan İstilik Elektrik Stansiyası) — Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 blokdan ibarət olan istilik elektrik stansiyasıdır . Bloklar 1981 və 1990-cı illərdə mərhələli şəkildə açıldı və qurğular Taqanroq mexaniki-qazan, LMZ Russia (turbin) və Elektrosila (generator) müəssisələrində hazırlanmışdır. Həmçnin stansiya yaxınlığındakı Qarabağ kanalı soyutma mənbəyi kimi istifadə edilir.

Stansiyanın iki tüstü borusu 320 metr hündürlükdədir. Yanacaqla işləyən elektrik stansiyadır.

Tarixi

Elektrik stansiyasının inşasına 1974-cü ildə başlanmışdır. Ümumi gücü 2400 meqavat olan “Azərbaycan İstilik Elektrik Stansiyası”-nın birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, səkkizinci enerji bloku isə 1990-cı ildə istismara verilmişdir.

Azərbaycan İES Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyasıdır. Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən oktyabrın 20-i hər il “Energetiklər Günü” kimi qeyd edilir.

Qəzalar

  • 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan İstilik Elektrik Stansiyası"-nda baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlığa qərq olur. Qəza açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi ilə müşahidə olunmuşdu.
  • 2020-ci il sentyabrın 4-də stansiyanın bir işçisi 1-ci nasosxanada boyama işləri görən zaman elektrik cərəyanının təsirinə məruz qalaraq ölüb.
Üst