Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan Ordusunun Baş Qərargahı (1991-ci ildən 2020–2021-ci illərədək Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı) — Azərbaycan Respublikası Müdafiə Nazirl

Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı

  • Ana Səhifə
  • Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı

Azərbaycan Ordusunun Baş Qərargahı (1991-ci ildən 2020–2021-ci illərədək Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı) — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin struktur qurumu. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevdir.

Azərbaycan Ordusunun Baş Qərargahı
Ümumi məlumatlar
Ölkə
  •  Azərbaycan
Yaradılma tarixi 9 oktyabr 1991
Baş qərargah Bakı Bakı
Rəhbərlik
Rəis Kərim Vəliyev

Mündəricat

Tarixi

Səməd bəy Mehmandarovun 15 noyabr 1918-ci il tarixli əmri ilə "Ümumi qərargah" yaradılıb. Daha sonra 424-cü korpusunun Baş Qərargah rəisi, polkovnik Həbib bəy Səlimov Baş Qərargah rəisi təyin edildi. Qərargah avadanlıq, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Ayın sonunda Baş Qərargah Gəncəyə köçdü və fəaliyyətini orada davam etdirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirin tabeliyinə verildi.

1919-cu ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafiya şöbələri Ümumi qərargahın tərkibindən çıxarılaraq Ərkani-hərbə verildi. Yeni struktur dəyişikliyindən sonra Ümumi qərargahın səlahiyyətində, əsasən, qoşunların və xidmətlərin təminat və təchizat məsələləri qaldı. 1919-cu il avqustun 17-də imzalanmış əmrə əsasən Ümumi qərargahın tərkibində olan nazirlik dəftərxanası hərbi nazirin özünə, "Praporşiklər məktəbi" ilə zirehli qatarlar Ərkani-hərb rəisinə, avtomobil hissəsi isə istehkam idarəsinin rəisinə tabe etdirildi. 1920-ci ilin martında ordunun ali idarəetmə strukturlarında aparılan islahatlardan sonra Ümumi qərargahla Ərkani-hərb yenidən birləşdirildi və onlann bazasında Azərbaycan ordusunun Qərargahı təsis edildi. Həbib bəy Səlimov qərargah rəisi təyin olundu.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müstəqil milli silahlı qüvvələr ləğv edilmiş, hərbi idarəetmə sistemi SSRİ Silahlı Qüvvələrinin tərkibinə verilmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı yenidən təşkil edilmişdir.

2008-ci ildə NATO ilə inteqrasiyanı sürətləndirmək məqsədilə Baş Qərargahın yeni strukturu müəyyən edildi. Baş Qərargah yarımüstəqil quruma çevrilərək əvvəllər Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olan funksiyaların bir hissəsini öz üzərinə götürdü. Müvafiq hesabata görə nazirliyin müfəttişlik idarəsi, eləcə də Hərbi Komissarlıq yenidən Baş Qərargahın tabeliyinə verildi. Mövcud Baş Qərargahın Təşkilati Səfərbərlik İdarəsi ləğv edilərək Hərbi Komissarlığa birləşdirildi. Quru Qoşunları Komandanlığı da Türk modelinə uyğun olaraq yaradıldı. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Baş Qərargah strukturunun Müdafiə Nazirliyindən ayrılmasını müzakirə etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin işçi qrupunun Müttəfiq Komandanlıq Çevrilmə mütəxəssisləri ilə görüşü keçirilib. Bundan sonra Baş Qərargah altı əsas şöbəyə bölünmüşdür:

  • Şəxsi Heyətin İdarə Olunması üzrə Baş İdarə
  • Baş Kəşfiyyat İdarəsi
  • Baş Əməliyyat və Döyüş Hazırlığı İdarəsi
  • Dəstək Qüvvələri Komandanlığı
  • Müdafiə Planlaşdırılması Baş İdarəsi
  • Rabitə və İnformasiya Sistemləri Baş İdarəsi

26 iyul 2014-cü ildə Müdafiə Nazirliyində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da qatıldığı Baş qərargahın qərargahı üçün yeni və müasir inzibati binanın təməl atma mərasimi keçirilmişdir.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan Ordusunun Baş Qərargahı olaraq fəaliyyətini davam etdirmişdir.

Rəhbərlik

  • Baş Qərargah rəisi (rəhbər) — Kərim Vəliyev
  • Baş Qərargah rəisinin müavini və Baş Əməliyyat İdarəsinin rəisi
  • Baş Qərargah rəisinin müavini və İdeoloji İş və Mənəvi-Psixoloji Dəstək İdarəsinin rəisi
  • Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi
  • Azərbaycan Quru Qoşunlarının komandanı — Hikmət Mirzəyev
  • Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı — Şahin Məmmədov
  • Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı — Namiq İslamzadə

Silahlı Qüvvələrin Baş Qərargah rəisləri

  • general-mayor Şahin Musayev (22 yanvar 1992 – 30 aprel 1992)
  • polkovnik Rüfət Əmirov (i. e. may 1992 — may 1992)
  • general-leytenant Valeh Bərşadlı (may 1992 – 4 sentyabr 1992)
  • general-mayor Nurəddin Sadıqov (5 sentyabr 1992 – 17 iyun 1993)
  • general-polkovnik Səfər Əbiyev (i. e. 17 iyun 1993 – 2 noyabr 1993)
  • general-polkovnik Nəcməddin Sadıkov (2 noyabr 1993 — yanvar 2021)

Azərbaycan ordusunun Baş Qərargah rəisləri

  • general-polkovnik Kərim Vəliyev (23 iyul 2021-ci ildən)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Azərbaycanda prezident seçkiləri (2024)

  • Mart 30, 2026

    Səfəvilər sülaləsi

  • Mart 30, 2026

    Tabesiz mürəkkəb cümlələr

  • Aprel 08, 2026

    Bərbər dilləri

  • Aprel 05, 2026

    Səba surəsi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst