Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

  • Ana Səhifə
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini təmin edir. Agentliyin vəzifəsi həmçinin xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etməkdir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Loqonun şəkli
Azərbaycan Respublikasının Dövlət Gerbi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 13 iyul 2012
Tabelik Azərbaycan Respublikasının Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Zaur Nudirəliyev küçəsi, 85
Rəhbərlik
Sədr Ülvi Mehdiyev
Sədr müavini Ceyhun Salmanov

Rəsmi saytı vxsida.gov.az

Mündəricat

Tarixi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 13 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır. Həmin ilin sentyabrın 5-də prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Agentliyin fəaliyyətə başlaması 29 dekabr 2012-ci ilə təsadüf edib. 2014-cü ilin 13 fevralında Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib. Həmin ilin yayında Agentliyin tabeliyində olan "ASAN xidmət" mərkəzləri səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin sonlarında, 15 dekabrda Agentlik OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü.

2015-ci ildə Dövlət Agentliyin tabeliyində fəaliyyət göstərən "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb. Həmin ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub.

"ASAN xidmət" mərkəzləri

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Azərbaycan)
Nöqtə
Bakı
Nöqtə
Gəncə
Nöqtə
Bərdə
Nöqtə
Sumqayıt
Nöqtə
Sabirabad
Nöqtə
Mingəçevir
Nöqtə
İmişli
Nöqtə
Şamaxı
Nöqtə
Şəki
Nöqtə
Qəbələ
Nöqtə
Quba
Nöqtə
Masallı
Nöqtə
Kürdəmir
Nöqtə
Tovuz
Nöqtə
Ağcabədi
Nöqtə
Balakən
Nöqtə
Lənkəran
Nöqtə
Salyan
Nöqtə
Naxçıvan
"ASAN xidmət" mərkəzlərinin yerləşdiyi ərazilər (2024 may)

Agentliyin fəaliyyətə başladığı gün, 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. 3 may 2013-cü ildə Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışı olub. Bundan bir neçə həftə sonra — mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı olub. 2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. 17 sentyabr 2013-cü ildə Bakıda üçüncü mərkəzin açılışı olub. 2013-cü ilin sonlarında, dekabrın 21-də Gəncədə "ASAN xidmət" mərkəzinin açılışı oldu. 2014-cü ildə mayın 7-də Bakıda sayca dördüncü "ASAN xidmət" mərkəzinin açılışı oldu. 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bundan təxminən üç ay sonra, 13 mart 2015-ci ildə Bərdədə Azərbaycanda sayca səkkizinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. Həmin ilin yayında, iyulun 14-də 5 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı. 2016-cı ildə Masallı və Qəbələdə də "ASAN xidmət" mərkəzinin açılışı olub. 2017-ci ildə Qubada, 2018-ci ildə Mingəçevirdə, İmişlidə və Şəkidə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2019-cu ildə Şamaxıda, 2020-ci ildə Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2021-ci ildə 6 saylı Bakı "ASAN xidmət" mərkəzi, 2022-ci ildə 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi, 7 saylı Bakı "ASAN xidmət" mərkəzi, 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi, 2023-cü ildə Salyan regional "ASAN xidmət" mərkəzi və Naxçıvan regional "ASAN xidmət" mərkəzi, 2024-cü ildə Lənkəran və Şuşa regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

"ASAN xidmət" mərkəzləri "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Xidmətlərin göstərilməsində ştatlı işçilərlə yanaşı könüllülər də çalışır. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları və özəl müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir. Bundan başqa xidmət mərkəzlərində bank, sığorta, hüquqi yardım və digər funksional yardımçı xidmətlər də təşkil olunur. Həmçinin müxtəlif sosial layihələr də keçirilir. İndiyə qədər "ASAN xidmət" mərkəzlərinə 95 milyondan çox müraciət edilib.

İdeya bankı

İdeya bankı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün 20 noyabr 2012-ci ildə yaradılıb və ilk ideya da elə həmin tarixdə qəbul olunub. İdeya bankı vasitəsilə vətəndaşlar sistemin inkişafı üçün öz təkliflərini verə bilərlər. İndiyə qədər İdeya bankına yüzlərlə təklif göndərilib və onların bir çoxu reallaşıb. İdeya bankı vasitəsilə reallaşmış ideyalara xidmət mərkəzlərində vətəndaşların istifadəsi üçün yaradılmış "ASAN kitabxana", 2015-ci ilin sonlarından fəaliyyətə başlayan "ASAN Radio", Günəş batareyaları və modem ilə təchiz olunmuş "ASAN oturacaq", uşaqların yol hərəkəti qaydalarını öyrənməyi üçün nəzərdə tutulmuş "Uşaq avtoşəhərciyi"ni misal göstərmək olar.

ASAN Radio

ASAN Radio Agentliyin tabeliyində fəaliyyətə göstərir. Radionun açılması ilə bağlı Milli Televiziya və Radio Şurası 8 sentyabr 2015-ci ildə 6 illik lisenziya verib və ASAN Radio 24 dekabr 2015-ci ildə 100.0 MHz tezliyində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır.

Mükafatlar

  • İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat: 2014;
  • OHSAS 18001:2007 standartı: 2014;

"ASAN xidmət" mərkəzlərinə verilən mükafatlar

  • "Uğur 2013" mərkəzlərinin "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyası qalibi: 2013;
  • BMT-nin Dövlət Xidmətləri Mükafatı: 2015;
  • Britaniya Əməyin Mühafizəsi Şurası "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə mükafat: 2015;
  • "Dövlət saytı" nominasiyasında NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı: 2018

Həmçinin bax

  • ASAN xidmət
  • ASAN Radio
  • ABAD
  • Elektron Hökumətin İnkişafı Mərkəzi
  • İnnovasiyalar Mərkəzi
  • YAŞAT Fondu
  • Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Abasət İsayev

  • Aprel 04, 2026

    Aşağı Güzlək

  • Aprel 03, 2026

    Qaralar (Qubadlı)

  • Aprel 03, 2026

    Uzaq Şərq

  • Aprel 04, 2026

    Biləsuvar (Azərbaycan)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst