Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycan ərazisində ümumi sahəsi 395 km² olan 450 göl var. Bunların əksəriyyəti kiçikdir. Azərbaycan göllərindən 10 gölün sahəsi 10 km²-dən böyükdür. Sarısu,

Azərbaycan gölləri

  • Ana Səhifə
  • Azərbaycan gölləri

Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur.

Göygöl
Ağgöl
Sarısu
Mingəçevir su anbarı

Azərbaycan ərazisində ümumi sahəsi 395 km² olan 450 göl var. Bunların əksəriyyəti kiçikdir. Azərbaycan göllərindən 10 gölün sahəsi 10 km²-dən böyükdür. Sarısu, Hacıqabul, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir. Sarısu gölü, Azərbaycan Respublikasının ən böyük gölüdür və Kür-Araz ovalığında yerləşir. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur.

Göllərin tipləri

Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir:

  1. Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
  2. Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
  3. Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
  4. Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
  5. Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər);
  6. Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər);
  7. Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.).
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı

  • Mart 26, 2026

    Kür

  • Mart 26, 2026

    Heydər Əliyev

  • Mart 26, 2026

    Zaqatala rayonu

  • Mart 26, 2026

    Pakistan

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst