Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məqalə sayıİl050.000100.000150.000200.000250.0002004-042010-112016-102022-09MəqalələrAzərbaycanca Vikipediya məqalələrinin sayı DataAzərbaycanca Vikipediya məqa

Azərbaycanca Vikipediya

Vikipediya, azad ensiklopediya
Azərbaycanca Vikipediya
Saytın skrinşotu
URL az.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil Azərbaycan dili
Sahibi Vikimedia Fondu
Yaradılma tarixi yanvar 2002
Məqalələrin sayı 216.861 (55-ci yer)
Faylların sayı 14.578
Səhifələrin sayı 686.959
Redaktələrin sayı 9.042.089
İstifadəçilərin sayı 349.538
Aktiv istifadəçilərin sayı 853
İnzibatçıların sayı 13
Dərinlik 61,9
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Məqalə sayıİl050.000100.000150.000200.000250.0002004-042010-112016-102022-09MəqalələrAzərbaycanca Vikipediya məqalələrinin sayı Data
Azərbaycanca Vikipediya məqalələrinin sayı

Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 29 avqust 2026 tarixi etibarilə — Azərbaycan dilində olan Vikipediyada 216.862 məqalə var.

25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir.

Azərbaycanca Vikipediya

Vikipediya-Azərbaycan İB-nin ilk bukleti

2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq onlayn ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır.

Məqalə sayı

  • 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır.
  • 9 mart 2007–5,000 məqalə
  • 22 iyul 2007–10,000 məqalə
  • 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
  • 29 iyul 2011–75,000 məqalə (5,819 məqalə ərəb əlifbasında).
  • 17 sentyabr 2012–90,000 məqalə
  • 10 mart 2014 — I Milli Vikipediya Forumu
  • 25 mart 2014 — Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100,000+ bölməsinə adlamışdır.
  • 14 aprel 2015–95,873 məqalə (bütün ərəb əlifbasında məqalələr silinmişdir)
  • 22 iyul 2015 — Azərbaycan dilində ərəb əlifbasında ayrı Vikipediya yaradılmışdır.
  • 29 oktyabr 2015–100,000 məqalə
  • 24 sentyabr 2019–150,000 məqalə
  • 10 may 2024–200,000 məqalə

Vikipediyaçıların görüşləri

İlk görüş

İlk görüşün iştirakçıları: soldan sağa — Wertuose, Sortilegus, Sefer azeri, Cekli829, Fərhad

Azərbaycanca vikipediyaçılar arasında ilk görüş 6 dekabr 2009-cu ildə Qafqaz Media Tədqiqatları Mərkəzinin İçərişəhərdə yerləşən ofisində baş tutmuşdur. Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir proqram mütəxəssisi iştirak etmişdir.

I Milli Vikipediya Forumu

Loqo

Həmçinin bax

  • Vikipediya:KİV Vikipediya haqqında
  • Vikipediya:Bütün Vikipediyaların siyahısı
Üst