Azərbaycan Respublikasında tatarlar — Azərbaycan Respublikasında yaşayan, bu ölkənin vətəndaşı olan tatar əsilli əhali. Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə 25 882 nəfər tatar yaşayır. Bu isə ümumi əhalinin 0,29 % təşkil edir.
İcma
| 1926 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 1999 | 2009 |
|---|---|---|---|---|---|---|---|
| 9 948 | ▲27 591 | ▲29 552 | ▲31 353 | ▼31 204 | ▼28 019 | ▲30 011 | ▼25 882 |
Tatarlar əsasən Azərbaycanın iri şəhərlərində cəmləşmişlər:Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və s. Bakı şəhərində tatar icmasının 90%-dən çoxu yerləşir. Burada 25171 nəfər tatar yaşayır. Onlar Bakı əhalisinin azərbaycan türkləri və ruslardan sonra üçüncü böyük etnik qrupdur. Azərbaycanda yaşayan tatarların bölgələr üzrə yerləşməsi:
| Şəhərlər | Bakı | Sumqayıt | Gəncə | Mingəçevir | Şirvan | Abşeron | Ağdaş | Xaçmaz | Beyləqan | Quba | Lənkəran | Siyəzən | Qəbələ | Zaqatala | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Əhalinin sayı | 25171 | 116 | 52 | 38 | 4 | 57 | 4 | 131 | 24 | 63 | 13 | 18 | 10 | 11 | |
Din və dil
Azərbaycanlı tatarlar əsasən müsəlmanlar və xristianlardır. İslam dininə etiqad edənlər sünniliyin hənəfi, azlıq şiə məzhəbinin isna-əşəriyyə bölməsindədirlər. Xristianlar isə Ortodoks məzhəbindədirlər.
Cəmiyyət
Azərbaycan Respublikasında tatarlara aid icmalar:
- Azərbaycan Respublikasında tatarların "Tuqan Tel" cəmiyyəti (Bakı)
- Azərbaycan Respublikasında tatarların "Yaşlek" cəmiyyəti (Bakı)
Bayramlar
Azərbaycanda yaşayan tatarlar azərbaycanlılarla birgə Novruz, Yeni il, Qurban, Ramazan bayramı ilə yanaşı özlərinin milli bayramı olan Sabantuy bayramını da qeyd edirlər.
Tanınmış şəxslər
- Tacuddin Mustafin — Qafqaz müsəlmanlarının həmçinin Azərbaycanın ilk müftisi (1832–1840).
- Məmməd bəy Sulkeviç — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi.
- Eldar Qasımov — Azərbaycan müğənnisi və musiqiçisi. Ulu nənəsi vaxtilə Həştərxan Tatar Dram Teatrının səhnəsində oynayan Mərziyyə Davudovadır.
- Mərziyyə Davudova — tatar əsilli Azərbaycan və Sovet teatr və kino aktrisası, SSRİ və Azərbaycan SSR xalq artisti
- Firəngiz Şərifova — Azərbaycan Respublikasının xalq artisti
- Aliyə Qarayeva — Tatar əsilli azərbaycanlı bədii gimnast.
- Zemfira Meftahətdinova — Müstəqil Azərbaycanın birinci Olimpiya çempionu (atıcılıq).
- Dinarə Gimatova — Tatar əsilli azərbaycanlı bədii gimnast.
- Ramis Alimov — 20 yanvar şəhidi, "Azadlıq uğrunda mübariz" (1992) və "20 Yanvar Şəhidi" (1998) fəxri ad
- Fərqət Tuxtamışev — 20 yanvar şəhidi, "Azadlıq uğrunda mübariz" (1992) və "20 Yanvar Şəhidi" (1998) fəxri ad.
- Fərid Xayrulin — Azərbaycan fotojurnalisti.
- Hənəfi Terequlov — Azərbaycan opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri.
- Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı
- Rasim Yaxin — Azərbaycanın hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi iştirakçısı. "Azərbaycan Bayrağı" ordeni, “Döyüşdə fərqlənməyə görə” medalı, "Şuşanın azad olunmasına görə" medalı və digər dövlət medalları ilə təltif edilmişdir.
- Azərbaycan əhalisi
- Azərbaycan tatarları
- Tatarlar