Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azər Əziz oğlu Bayramov (1 fevral 1970, Bakı) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2026-cı ildən), maliyyə nazirinin sabiq müavini (2004–20

Azər Bayramov

Vikipediya, azad ensiklopediya
Azər Bayramov
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Vəzifədədir
14 yanvar 2026-cıildən
NazirMikayıl Cabbarov
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
25 fevral 2004 14 yanvar 2026
NazirƏvəz Ələkbərov
Samir Şərifov
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1970(1970-02-01) (56 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti (2000)

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022

Azər Əziz oğlu Bayramov (1 fevral 1970, Bakı) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2026-cı ildən), maliyyə nazirinin sabiq müavini (2004–2026).

Həyatı

Azər Əziz oğlu Bayramov 1 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 2000-ci ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlamışdır. 1992―1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997―1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olmuşdur. 2000―2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Həmin ildə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədri təyin olunmuşdur. 2025-ci il yanvarın 10-dan fevralın 6-dək maliyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra etmişdir. 2026-cı il yanvarın 14-də maliyyə nazirinin müavini vəzifəsindən azad edilərək iqtisadiyyat nazirinin müavini təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Üst