Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi
| Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci | |
|---|---|
| Tip | orta-ixtisas təhsili müəssisəsi |
| Əsası qoyulub | 13 iyun 2000 |
| Direktor | Elşad Oktay oğlu Əhmədov |
| Tələbə sayı | 308 |
| Ölkə | |
| Şəhər | Bakı |
| Ünvan | Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr. 26 |
Tarixi
Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır.
İxtisaslar

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
- Dekorativ-tətbiqi incəsənət (sahələr üzrə) - bədii keramika, xalça və toxuculuq;
- Rəngkarlıq;
- Qrafika üzrə texnik;
- Heykəltəraşlıq;
- Teatr dekor sənəti;
- Dizayn (sahələr üzrə) - qrafik, geyim, interyer dizayn;