Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəs

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci

  • Ana Səhifə
  • Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi

Bakı Texniki Kolleci
BTK
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci
Tip orta-ixtisas təhsili müəssisəsi
Əvvəlki adı

Bakı Politexnik Texnikumu

Bakı Maşınqayırma Texnikumu
Əsası qoyulub 1930
Direktor Akif Cahangirov
Ölkə Azərbaycan
Şəhər Bakı Bakı
Ünvan Nizami rayonu, Qara Qarayev prospekti, 2b
Metro 1-ci xətt Koroğlu metrostansiyası
Sayt bakitexnikikolleci.edu.az

Mündəricat

Tarixi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 78 saylı 26 iyun 1996-cı il  tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 353 saylı 11 iyul 1996-cı il tarixli əmri ilə Bakı Politexnik və Maşınqayırma texnikumlarının birləşdirilməsi nəticəsində Bakı Texniki Kolleci yaradılmışdır.

Keçmiş Bakı Politexnik Texnikumu isə əsası 1930-cu ildə qoyulmuş Məişət-Texniki Texnikumun bazası əsasında 1962-ci ildə yaradılmışdır. Bakı Texniki Kollecinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlar Siyahısı" nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.08.2015-ci il tarixli 280 nömrəli qərarına əsasən dəyişdirilərək Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci adlandırılmışdır.

Tədris

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci hüquqi şəxs statusuna malik orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta İxtisas təhsil müəssisəninin Nümunəvi Nizamnaməsi"ni, digər qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını Azərbaycan Texniki Universitetinin nizamnaməsini və öz nizamnaməsini rəhbər tutur.

AzTU-nin nəzdində Bakı Texniki Kollecində təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.

İxtisaslar

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

  • Mühasibat uçotu
  • Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə)
  • Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı
  • Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı
  • Nəqliyyatın logistikası
  • Nəqliyyatda avtomatika, telemexanika(nəqliyyat növləri üzrə)
  • Energetika və elektroenergetika
  • Ətraf mühitin mühafizəsi və bərpası
  • Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı
  • Tibbi avadanlıqların quraşdırılması və istismarı
  • Kompüter sistemlərində proqram təminatı
  • Marketinq

Orta ixtisas təhsili pilləsinin proqramlarını başa vurmuş və Kollecin yekun dövlət attestasiyasından keçmiş tələbələrə orta ixtisas təhsili müəssisəsini bitirmələri barədə "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarına uyğun olaraq dövlət nümunəli sənəd - diplom verilir.

Şöbələr

Kollecdə aşağıdakı şöbələr fəaliyyət göstərir:

1. "Nəqliyyat  və logistika” şöbəsi

2. "İqtisadiyyat və idarəetmə” şöbəsi

3. "Energetika və kompüter texnologiyaları” şöbəsi

4. “Mexanika” şöbəsi

5. "İstehsalat-təcrübə” şöbəsi

Kollecdə tədris,metodiki və pedoqoji işlərin həyata keçirilməsi üçün aşağıdakı fənn birləşmələri fəaliyyət göstərir:

1. "Avtonəqliyyat” fənn birləşməsi

2. "Humanitar elmlər” fənn birləşməsi

3. “Kompüter elmləri” fənn birləşməsi

4. "Ümumixtisas” fənn birləşməsi

5. "İqtisadiyyat ” fənn birləşməsi

6. "Ümumtəhsil” fənn birləşməsi

7. "Dil və Ədəbiyyat” fənn birləşməsi

8. "İngilis dili” fənn birləşməsi

9. "Fiziki  tərbiyə və çağrışaqədərki hazırlıq ” fənn birləşməsi

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 06, 2026

    Üçüncü Reyx

  • Mart 26, 2026

    Təmsil

  • Aprel 07, 2026

    Sarıüzgəc tunes

  • Aprel 06, 2026

    Böyük Xınıslı

  • Mart 27, 2026

    Cəlaliyyə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst