Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycan dilinin orfoqrafiya lüğəti — Azərbaycan dilində sözlərin düzgün yazılışını göstərən sözlük.

Azərbaycan dilinin orfoqrafiya lüğəti

  • Ana Səhifə
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti

Azərbaycan dilinin orfoqrafiya lüğəti — Azərbaycan dilində sözlərin düzgün yazılışını göstərən sözlük.

Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşdirilməli və nəşr edilməlidir.

Mündəricat

Haqqında

Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir.

Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bu lüğət Vəli Xuluflu tərəfindən hazırlanmışdır. Sovet dövründə bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri kiril qrafikası ilə nəşr olunub. 1975-ci ilin lüğətində 58 min söz olub.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.

29 illik fasilədən sonra ilk dəfə orfoqrafiya lüğəti 2004-cü ildə çap edilib. 2004 nəşri Müstəqillik dövrünün və müasir latın qrafikalı Azərbaycan əlifbası ilə ilk orfoqrafiya lüğəti olub. 2004-cü ilin nəşrində sözlərin sayı 22 min söz artırılaraq 80 minə çatdırılıb.

2004-cü ildə nəşr olunmuş lüğətdən sonra növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilmişdir.

2021-ci il nəşri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmiş "Azərbaycan dilinin orfoqrafiya normaları" əsasında hazırlanmış ilk nəşrdir. Lüğətə 90 minə yaxın söz daxil edilmişdir. Lüğətin bu nəşrində "hörümçək" sözünün olmayıb, "spayder" sözünün olması tənqid olunub.

Qanunlar

Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında" 24 iyul 1958-ci il tarixli qərarı.

Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında" 6 aprel 1959-cu il tarixli qərarı.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" 26 may 2004-cü il tarixli Fərmanı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş dilinin orfoqrafiya qaydaları".

Nəşrlər

Azərbaycan dilinin orfoqrafiya lüğətinin 6-cı nəşri (2013)
  • Azərbaycan imla lüğəti. 1-ci nəşr, 1929
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. 2-ci nəşr, 1940
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. 3-cü nəşr, 1960
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. 4-cü nəşr, 1975 (58 min söz)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. 5-ci nəşr, 2004 (75 min söz)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. 6-cı nəşr, 2013 (105 min söz, 5 min coğrafiya, şəxs, təşkilat adı və pul vahidi)
  • Azərbaycan dilinin orfoqrafiya lüğəti. 7-ci nəşr, 2021 (84 min söz, 3 min coğrafiya adı)

Həmçinin bax

  • Orfoqrafiya lüğəti
  • Azərbaycan dilinin izahlı lüğəti
  • Azərbaycan dilinin orfoqrafiya qaydaları

Həmçinin oxu

  • Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılan sözlərin təsnifatı
  • "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan yüzlərlə lüzumsuz sözün təsnifatı verilib — SİYAHI
  • "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə növbəti lazımsız sözlər: ərğənun, dımırcıqlı, laslama, dın-dın — SİYAHI
  • Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: alışdımyandım, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu — SİYAHI
  • Tərcümə Mərkəzi AMEA-nın Orfoqrafiya lüğətində xeyli qüsur aşkarlayıb — SİYAHI
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Azərbaycan Sərhəd Qoşunları

  • Mart 26, 2026

    Azərbaycan xanlıqları

  • Mart 27, 2026

    Ruhəngiz Allahverdiyeva

  • Mart 26, 2026

    Sıxlıq

  • Mart 26, 2026

    Məmməd İsmayıl

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst