Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azərbaycan kommunisti (Азәрбајҹан коммунисти) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aylıq nəzəri və siyasi jurnalı.

Azərbaycan kommunisti

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Azərbaycan kommunisti
Təsis tarixi 1939
Nəşrini dayandırıb 1990
Ölkə
  •  Azərbaycan SSR
Qərargah
  • Bakı
Dil Azərbaycan dili

Azərbaycan kommunisti (Азәрбајҹан коммунисти) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aylıq nəzəri və siyasi jurnalı.

Tarixi

Jurnalın ilk nömrəsi 1939-cu ilin iyulunda Bakıda Azərbaycan dilində çıxmışdır. Əvvəlcə "Propaqandist", 1944-cü ilin martından "Təbliğatçı", 1957-ci ilin martında "Azərbaycan kommunisti" adı ilə nəşr olunmuşdur. Jurnal marksizm-leninizm nəzəriyyəsi, marksist fəlsəfə, siyasi iqtisad, Sovet İttifaqı Kommunist Partiyası və Azərbaycan Kommunist Partiyası tarixi, partiya quruculuğu, elm və mədəniyyət, ədəbiyyat və incəsənətin aktual məsələrini işıqlandırmışdır. Dünya kommunist və fəhlə hərəkatına, beynəlxalq münasibətlərə, sosialist ölkələrinin qarşılıqlı əməkdaşlığına, burjua ideologiyasının tənqidinə dair məqalələr dərc etmişdir. Jurnal partiya təşkilatlarının iş təcrübəsini yaymış, təbliğatçı və təşviqatçılara kömək məqsədilə məsləhətlər vermişdir. 1976-cı ildə aylıq tirajı 42 min olmuşdur. Naməlum tarixdə ləğv edilmişdir.

Üst