
Azərbaycanda çox sayda təbii mağara vardır. Bu mağaraların əksəriyyəti karst mağaraları, və azı isə vulkanik mağaralar (lava tunelləri). Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur.
Azərbaycanın ən məşhur mağaralarından biri olan Azıx mağarası, daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx düşərgəsində daimi yaşamışlar.
Azərbaycanda mağaraların siyahısı
Siyahı bütün mağaraları əhatə etmir.
| Adı | Yerləşməsi |
|---|---|
| Allar mağarası | Yardımlı rayonu |
| Əshabi-Kəhf | Babək rayonu |
| Büzeyir mağarası | Lerik rayonu |
| Zar mağarası | Kəlbəcər rayonu |
| Kilit mağarası | Ordubad rayonu |
| Tağlar mağarası | Xocavənd rayonu |
| Şiş Quzey | Tovuz rayonu |
| Şuşa mağarası | Şuşa rayonu |
Azərbaycanda mağara komplekslərinin siyahısı
Siyahı bütün mağara komplekslərini əhatə etmir.
| Adı | Yerləşməsi |
|---|---|
| Azıx mağarası | Xocavənd rayonu |
| Damcılı mağarası | Qazax rayonu |
| Daş Salahlı mağarası | Qazax rayonu |
| Hadiqaib mağarası | Şərur rayonu |
| Uğan mağarası | Oğuz rayonu |
| Mərəzə mağarası | Qobustan rayonu |
Qalereya
Azıx mağarasının girişi
Azıx mağarasında yarasa
2009-cu ildə Azıx mağarasında arxeoloji qazıntılar
Əshabi-Kəhf mağarası
Mərəzə mağarası
Mərəzə mağarasının içərisi
Qaradağ rayonunda karst mağarası
Qaradağ rayonunda karst mağarası formalaşması
Qobustan rayonunda mağara
Həmçinin bax
- Azərbaycan coğrafiyası
- Azərbaycan relyefi
- Azərbaycanın palçıq vulkanları
- Azərbaycan Respublikasında ən yüksək dağ zirvələri
- Azərbaycandakı vulkanların siyahısı
- Azərbaycan mağaraları
- Azərbaycan relyefi siyahıları