Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycanın iqtisadi rayonları — Azərbaycanın iqtisadi-coğrafi cəhətdən rayonlaşdırılması. Azərbaycanın iqtisadi rayonlaşdırılması aşağıdakı kimidir.

Azərbaycanın iqtisadi rayonları

  • Ana Səhifə
  • Azərbaycanın iqtisadi rayonları

Azərbaycanın iqtisadi rayonları — Azərbaycanın iqtisadi-coğrafi cəhətdən rayonlaşdırılması. Azərbaycanın iqtisadi rayonlaşdırılması aşağıdakı kimidir.

Mündəricat

İqtisadi rayonlar

Map ref. İqtisadi rayon Sahəsi (km2) Əhalisi (min) Qısa məlumat
1 Abşeron-Xızı 5420 578 Abşeron, Xızı rayonlarını və Sumqayıt şəhərini əhatə edir.

Əsas sənaye sahələri neft-kimya, kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi, tikinti sənayesi.

2 Gəncə-Daşkəsən 5270 611 Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir.
3 Şəki-Zaqatala 8969 543 Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarını əhatə edir.

Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.

4 Lənkəran-Astara 6140 926 Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonlarını əhatə edir.

Əsas sənaye sahəsi: qida sənayesi.

5 Quba-Xaçmaz 6960 498 Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarını əhatə edir.

Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.

6 Mərkəzi Aran 6619 792 Ölkənin ən böyük iqtisadi rayonu. Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarını və Mingəçevir şəhərini əhatə edir.
7 Qarabağ 7253,5 628 Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarını və Xankəndi şəhərini əhatə edir.
8 Şərqi Zəngəzur 7470 341 Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl rayonlarını əhatə edir.
9 Dağlıq Şirvan 6060 287 Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarını əhatə edir.

Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.

10 Naxçıvan 5550 414 Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını və Naxçıvan şəhərini əhatə edir.

Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.

11 Bakı 2140 2204 Bakı şəhərini əhatə edir. Azərbaycanın əsas iqtisadi mərkəzlərindən biridir.

Əsas sənaye sahələri: beynəlxalq ticarət, neft emalı, kimya, maşınqayırma, yeyinti, toxuculuq sənayesi. Hərbi sənaye, yüksək texnologiyalı sənaye və informasiya texnologiyaları inkişaf etdirilir.

12 Qazax-Tovuz 4920 685 Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarını əhatə edir.
13 Mil-Muğan 5670 513 Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarını əhatə edir.
14 Şirvan-Salyan 6070 485 Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonlarını və Şirvan şəhərini əhatə edir.

1991–2021-ci illərdə mövcud olmuş iqtisadi rayonlar

  1. Abşeron
  2. Quba-Xaçmaz
  3. Dağlıq Şirvan
  4. Şəki-Zaqatala
  5. Aran
  6. Gəncə-Qazax
  7. Yuxarı Qarabağ
  8. Kəlbəcər-Laçın
  9. Lənkəran
  10. Naxçıvan

Həmçinin bax

  • Azərbaycan iqtisadiyyatı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Azərbaycan əhalisi

  • Mart 26, 2026

    Azərbaycan himni

  • Mart 26, 2026

    Çingiz xan

  • Mart 26, 2026

    Bayatı-Şiraz

  • Mart 26, 2026

    Mərakeş

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst