Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azərbaycan–Belarus münasibətləri — Azərbaycan Respublikası ilə Belarus arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan–Belarus münasibətləri

Vikipediya, azad ensiklopediya
Azərbaycan-Belarus münasibətləri
Azərbaycan və Belarus
 Azərbaycan  Belarus
Azərbaycanın Belarusdakı səfirliyi
Səfir Məhərrəm Əliyev
Ünvan Minsk, Starovilenski trakt, 5
Belarusun Azərbaycandakı səfirliyi
Səfir Dmitri Pineviç[rus.]
Ünvan Bakı, N. Rafiyeva küç., 8
Digər
Quruluş tarixi 11 iyun 1993
Dövriyyə 0,506 mlrd doll. (2024)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–Belarus münasibətləriAzərbaycan Respublikası ilə Belarus arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Büro, Hetq və OCCRP-nin birgə jurnalist araşdırmasına görə, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Belarusun özəl silah istehsalçısı Tetraedr-dən aldığı Peçora-2TM hava hücumundan müdafiə sistemi ilə Ermənistana məxsus pilotsuz təyyarələri vurub.

Diplomatik əlaqələr

İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur.

Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.

Məhərrəm Əliyev 2023-cü ildən Azərbaycanın Belarusdakı səfiridir.

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Bəhruz Qəndilov olmuşdur. 4 mart 2016-cı il tarixindən Ziyad Səmədzadə işçi qrupunun rəhbəridir.

İqtisadi əməkdaşlıq

Əmtəə dövriyyəsi (min doll.)

İl İxrac Idxal Ümumi dövriyyəsi
2020 164 915,53 148 248,21 313 163,74
2021 295 502,27 128 987,01 424 489,28
2022 96 864,17 266 733,56 363 597,73
2023 31 816,59 324 772,80 356 589,39
2024 48 486,74 457 685,18 506 171,92

Mədəni əlaqələr

Belarus Milli Kitabxanası V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

Qardaşlaşmış şəhərlər

  • Azərbaycan Sumqayıt, Azərbaycan – Belarus Mogilyov, Belarus
  • Azərbaycan Şəki, Azərbaycan – Belarus Slutsk, Belarus
  • Azərbaycan Mingəçevir, Azərbaycan – Belarus Polotsk, Belarus

Poçt markaları

Azərbaycan və Belarus poçtları tərəfindən 2011-2016-cı illərdə 5 dəfə birgə buraxılış çap olunmuşdur.

İdman sahəsində əməkdaşlıq

1972 Yay Olimpiya Oyunlarının qızıl medalçısı olmuş Belarus əsilli Sovet idmançısı Olqa Korbuta həsr olunmuş Azərbaycan poçt markası (1996)

Futbol qarşılaşmaları

Həmçinin baxın

  • Belarus və qarabağ münaqişəsi (ru:Белоруссия и карабахский конфликт)
Üst