Azərbaycan–İndoneziya münasibətləri — Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
| Azərbaycan-İndoneziya münasibətləri | |||||
|---|---|---|---|---|---|
| |||||
| | |||||
| İndoneziyadakı Azərbaycan səfirliyi | |||||
| Səfir | Ramil Rzayev | ||||
| Ünvan | Cakarta, Jl. Karang Asem Tengah Block C-5 No. 20 Kuningan Timur, Jakarta Selatan Jakarta 12950 | ||||
| Azərbaycandakı İndoneziya səfirliyi | |||||
| Səfir | Hildi Hamidi | ||||
| Ünvan | Bakı, Nəsimi rayonu, Azər Əliyev 4, 1022 | ||||
| Digər | |||||
| Quruluş tarixi | 24 senytabr 1992 | ||||
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 24-də qurulmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Kərim Kərimov olmuşdur. 4 mart 2016-cı il tarixindən Bəxtiyar Əliyev işçi qrupunun rəhbəridir.
İqtisadiyyat
Əmtəə dövriyyəsi (min doll.)
| İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
|---|---|---|---|
| 2020 | 458,46 | 30 337,41 | 30 795,87 |
| 2021 | 87 318,61 | 54 717,68 | 142 036,29 |
| 2022 | 606 043,49 | 104 747,44 | 710 790,93 |
| 2023 | 150 790,42 | 73 318,36 | 224 108,78 |
| 2024 | 179 802,61 | 75 757,98 | 255 560,59 |
Yardımlaşma
28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan dövləti humanitar məqsədlə İndoneziyaya 50 min ABŞ dolları məbləğində yardım edib.
