| Ağaddin Babayev | |
|---|---|
| | |
| Doğum tarixi | 15 mart 1956 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 21 iyun 2025 (69 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | Şağlaser kənd qəbiristanlığı |
| Təhsili |
|
| Fəaliyyəti | jurnalist, tərcüməçi, dramaturq, şair |
| Üzvlüyü |
|
Ağaddin Abdulla oğlu Babayev (15 mart 1956, Şağlaser, Lənkəran rayonu – 21 iyun 2025, Şağlaser, Lənkəran rayonu) — jurnalist, yazıçı, publisist, tərcüməçi, dramaturq, teatrşünas, şair, 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü.
Həyatı
Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda "Qırmızı Ulduz" İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, "Lənkəran" qəzeti redaksiyasında müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışmışdır.
Ağaddin Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib.
Ömrünün sonuna kimi o, əmək fəaıiyyətini "Lənkəran" qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb.
Ağaddin Babayev əlli ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. Hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olmuşdur. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. İki kitab müəllifidir. Bir sıra ədəbi müsabiqələrin, o cümlədən dəfələrlə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi məqalə müsabiqələrinin qalibi olmuşdur.
"Qızıl qələm" media mükafatı laureatıdır.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, jurnalist doğulub boya-başa çatdığı Lənkəran rayonunun Şağlaser kəndində vəfat edib.
Kitabları
- 1."Мои собеседники" (сборник публицистических статей), Баку, издательство "Ганун", 2002
- 2."От нашего корреспондента" (сборник публицистических статей), Баку, издательство "Ганун", 2009
- 15 martda doğulanlar
- 1956-cı ildə doğulanlar
- Lənkəran rayonunda doğulanlar
- 21 iyunda vəfat edənlər
- 2025-ci ildə vəfat edənlər
- 69 yaşında vəfat edənlər
- Lənkəran rayonunda vəfat edənlər
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycan Jurnalistlər Birliyinin üzvləri
- Azərbaycan Teatr Xadimləri İttifaqının üzvləri
- Azərbaycan talışları
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycanın kişi jurnalistləri