Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur–Abşeron kanalının kənarında, Samur–Dəvəçi ovalığında y

Ağbaş (Şabran)

41°08′ şm. e. 49°08′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ağbaş
41°08′ şm. e. 49°08′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şabran rayonu
Əhalisi
Əhalisi 2.605 nəfər
Xəritəni göstər/gizlə
Ağbaş xəritədə
Ağbaş
Ağbaş

AğbaşAzərbaycan Respublikasının Şabran rayonunun Ağbaş kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur–Abşeron kanalının kənarında, Samur–Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Cirax, Hacıiskəndərli və Təkyə kənd sakinlərinə məxsus Ağbaş adlanan qışlaq yerində bəzi ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin əvvəllərində keçmiş İrəvan xanlığında Aqbaş adlı kənd qeydə alınmışdır. 1900-cü ildə İran ərazisində Ağbaşlı kecidi adlı yerin olması haqqında məlumat verilir.

Əhalisi

Kəndin əhalisi 2605 nəfər təşkil edir.

Görkəmli şəxsləri

Samir Zülfüqarov (1976–1995) — Azərbaycan Milli Qəhrəmanı.

Üst