Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kür çayının sahilində düzənlikdədir. Oykonim "ağcaqovaq ağacı bitən yer" deməkdir. Kəndin ərazisində həqiqətən də coxlu ağcaqovaq ağacı var.

Ağcaqovaq (Ağdaş)

40°35′01″ şm. e. 47°14′02″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ağcaqovaq
40°35′01″ şm. e. 47°14′02″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağdaş rayonu
Əhalisi
Əhalisi
  • 100 nəf. (1979)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0327
Xəritəni göstər/gizlə
Ağcaqovaq xəritədə
Ağcaqovaq
Ağcaqovaq

Ağcaqovaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası

Kür çayının sahilində düzənlikdədir. Oykonim "ağcaqovaq ağacı bitən yer" deməkdir. Kəndin ərazisində həqiqətən də coxlu ağcaqovaq ağacı var.

Tarixi

Kənd barədə ilk mənbələrə XIX əsrin sonunda rast gəlinir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Karxun kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qaradeyin kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonununmüvafiq olaraq Qaradeyin və Eymur kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.

Coğrafiyası

Kəndin yaxınlığında Türyançay axır. Kənd Ağdaş rayon mərkəzindən 30 km, Bakıdan 265 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Malay stansiyasıdır.

Kənd dəniz səviyyəsindən 15 metr yüksəklikdə yerləşir.

Əhalisi

1886-cı ildə kənddə 101 nəfər yaşayırdı. 1979-cu il üçün əhalisi 100 nəfər olub.

İqlimi

Kənddə havanın orta illik temperaturu +15,3 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.

Üst