Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağkənd kəndi dağətəyi ərazidədir. Kənd XIX əsrdə sarallı tayfasının aldavudlu, qəzənfərli, ismayıllı, hacıaxundlu nəsillərinə məxsus binə yerində salınmışdır. O

Ağkənd (Zəngilan)

39°11′21″ şm. e. 46°27′15″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ağkənd
39°11′21″ şm. e. 46°27′15″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 780 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Ağkənd xəritədə
Ağkənd
Ağkənd

AğkəndAzərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Tarixi

Ağkənd kəndi dağətəyi ərazidədir. Kənd XIX əsrdə sarallı tayfasının aldavudlu, qəzənfərli, ismayıllı, hacıaxundlu nəsillərinə məxsus binə yerində salınmışdır. Oykonim ağ (burada varlı, dövlətli, yaşayış səviyyəsi yüksək olan) və kənd (əhalisi əksəriyyətlə kənd təsərrüfatında çalışan yaşayış məntəqəsi) sözlərindən düzəlib, "varlı kənd" deməkdir.

Üst