Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qasıməddövlə Ağsunqur bəy bin Elturqan 1094-cü ildə Tutuş bəy tərəfindən öldürüldü. Siyamək Hüseynəlizadə yazır ki, Ağsunqur Avşar elinə mənsub Alturqan bəyin o

Ağsunqur bəy

Vikipediya, azad ensiklopediya
Ağsunqur bəy
Qasıməddövlə Əbusəid Ağsunqur bəy bin Elturqan
Doğum tarixi XI əsr
Vəfat tarixi
Vəfat yeri Hələb
Vəfat səbəbi başın kəsilməsi[d]
Uşağı
  • I İmadəddin Zəngi
Fəaliyyəti rəhbər, hərbi lider[d]

Qasıməddövlə Əbusəid Ağsunqur bəy bin Elturqan (XI əsr – 1094, Hələb) — səlcuqlu sərkərdəsi, vali.

Həyatı

Qasıməddövlə Ağsunqur bəy bin Elturqan Hələb valisi olmuşdu. 1087-ci ildə özünü sultan elan etdi.

Qasıməddövlə Ağsunqur bəy bin Elturqan 1094-cü ildə Tutuş bəy tərəfindən öldürüldü. Siyamək Hüseynəlizadə yazır ki, Ağsunqur Avşar elinə mənsub Alturqan bəyin oğludur. Məlikşahın ölümü ilə Börküyarıqla Tutusun müharibəsində Ağsunqur Bərk Yarığın yanına keçir və bir savaşda öldürülür. Ağsunqurun ölümündən sonra İraq səlcuqlu sultanı Mahmud 1127-ci ildə Mosul Atabəylərinin qurucusu "Zəngi" ni Mosul valisi təyin edir və ona İmadəddin ləqəbini verir. "Zəngi" bir güclü Avşar hakimiyyəti qurur və Hələbi ələ keçirir".

Həmçinin bax

Üst