Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatların

Ağır su

Vikipediya, azad ensiklopediya
Ağır su
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu D2O
Təsnifatı
CAS-da qeyd. nöm. 7789-20-0
PubChem
EINECS-də qeyd. nöm. 232-148-9
SMILES
 
InChI
RTECS ZC0230000
ChEBI 41981
ChemSpider
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü.

Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir.

Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur.

Tətbiqi

Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır. Su kimya sənayesinin mühüm xammalıdır. Ondan hidrogenin, əsasların, qeyri-üzvi və üzvi turşuların, spirtlərin, mineral gübrələr in alınmasında istifadə edilir. Su həmçinin həlledici kimi geniş tətbiq edilir.

Suyun təyini

Suyun təyini reaksiyalarından biri ağ rəngli mis(II)-sulfatın suyu udaraq mavi rəngli mis kuporosuna CuSO4∙5H2O çevrilməsi reaksiyasıdır.

Üst