| Aşağı Yeməzli | |
|---|---|
| 39°12′06″ şm. e. 46°36′36″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Zəngilan rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 650 m |
![]() Aşağı Yeməzli | |
Aşağı Yeməzli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Tarixi
Aşağı Yeməzli kəndi dəğətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər Orta Yeməzli kəndinin qışlaq yeri olmuşdur. Əhali qışlaq yerinə köçərək məskunlaşdıqdan sonra yeni yaşayış məntəqəsini Qışdaqlı, daha sonra Aşağı Yeməzli adlandırmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponent isə atyeməzli etnoniminin qısaldılmış formasıdır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Zəngilan rayonu qaralamaları
- Kənd qaralamaları
- Zəngilan rayonunun kəndləri
