| Aşıq Hamayıl | |
|---|---|
| Hamayıl | |
| Doğum tarixi | XIX əsr |
| Doğum yeri | Şəmkir |
| Vəfat tarixi | XIX əsr |
| Milliyyəti | azərbaycanlı |
| Fəaliyyəti | Şairə |
Aşıq Hamayıl — XIX əsr Azərbaycan şairəsi
Həyatı
Aşıq Hamayıl təxminən XIX əsrin I yarısında Şəmkir mahalının Dəllər Cırdaxan kəndində kasıb bir kəndli ailəsində dünyaya gəlmişdir. Bir çox əsərlər yazdığı məlum olsa da, əldə yalnız bir neçə qoşması vardır. Bu qoşmalar onun Molla Pənah Vaqif və Dilğəm yaradıcılığının təsirilə yazdığını göstərir.
Yaradıcılığından nümunələr
Əmim oğlu, məndən heç utanmadın,
Üç ay keçdi, bir yaylağa gəlmədin.
Yüz min cəfa ilə köç eylədim mən,
Ordan endim Ağbulağa, gəlmədin.
Kateqoriyalar:
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycanın qadın şairləri
- İstanbulda doğulanlar
- XIX əsr şairləri