| Mahal | |
| Bölükət mahalı | |
|---|---|
| Daxildir | Şirvan bəylərbəyliyi |
| Naib | Cəfər bəy |
| Əhalisi | |
| Əhalisi | 300 ailə nəfər |
| Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu | |
Bölükət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi
Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Cəfər bəy (Mustafa xanın naziri olan Hacı Hüseyn bəyin qardaşı) idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşirdi.
Əhalisi
1821-ci ildə 10 kənddə (Ağsu, Kürdəmir, Qarasaqqal (Kürdəmir) (Qarasaqqallı), Nöycü, Cəyli, Külüllü, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 300 ailə yaşayırdı.
İqtisadiyyatı
Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olurdular.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə inzibati vahidlər
- Şirvan xanlığının mahalları