Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Böyük Kolumbiya (isp. Gran Colombia) və ya Kolumbiya Respublikası (isp. República de Colombia) – Venesuela, Yeni Qranada Respublikası və Ekvatorun müasir ərazil

Böyük Kolumbiya

Vikipediya, azad ensiklopediya
Tarixi dövlət
Böyük Kolumbiya
(isp. República de Colombia)
1819  1831
Paytaxt Boqota
Dil ispan dili
Rəsmi dilləri ispan dili
Din katolisizm
Ərazisi
  • 3.064.800 km² (1825)
Əhalisi
  • 2.583.799 nəf. (1825)
İdarəetmə forması Respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Kolumbiya (isp. Gran Colombia) və ya Kolumbiya Respublikası (isp. República de Colombia) – Venesuela, Yeni Qranada Respublikası və Ekvatorun müasir ərazilərini əhatə etmiş dövlət. Dövlətin quruçusu Simon Bolivar, Latın Amerikasında yaşayan yerli xalqları, vahid şəkildə birləşdirmək məqsədilə BKR adlı dövlət yaratmışdır. Dövlətin qurulmasına qarşı çıxan İspaniya dərhal hərbi müdaxiləyə başlamışdır. 1819-cu ilə qədər davam edən silahlı mübarizənin sonunda, Simon Bolivar qalib gəlmiş və üç dövlətin birləşməsindən yaranan Böyük Kolumbiya Respublikasının müstəqilliyini rəsmən elan etmişdir. Dövlətin ilk prezidenti olan Simon Bolivara BKR-in ən yüksək mükafatı Libertador (Xilaskar) ordeni verilmişdir. Birliyə daxil olan Venesuelanın digər iki dövlət üzərində üstünlük əldə etmək istəməsi, tərəflər arasında fikir ayrılığına səbəb olmuşdur. 1830-cu ildə Venesuela, Yeni Qranada Respublikası və Ekvadorun formalaşması ilə Böyük Kolumbiya Respublikasının fəaliyyətinə fikir ayrılığı səbəbindən son qoyulmuşdur.

Üst