Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyində 3 incəsənət məktəbi fəaliyyət göstərir ki, onlardan biri də Bülbül adına Uşaq İncəsənət Məktəbidir. 1971-ci ild

Bülbül adına Uşaq İncəsənət Məktəbi (Sumqayıt)

  • Ana Səhifə
  • Bülbül adına Uşaq İncəsənət Məktəbi (Sumqayıt)

Bülbül adına Uşaq İncəsənət Məktəbi — Sumqayıtda musiqi məktəbi

Bülbül adına Uşaq İncəsənət Məktəbi

Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyində 3 incəsənət məktəbi fəaliyyət göstərir ki, onlardan biri də Bülbül adına Uşaq İncəsənət Məktəbidir. 1971-ci ildən Sumqayıt şəhər 2 saylı musiqi məktəbi kimi fəaliyyətə başlayan məktəb 2 korpus, 44 sinif otağı, 360 yerlik konsert zalından ibarətdir. Bu illərdə şagirdlər fortepiano, skripka, tar, kamança, qarmon, nağara, klarnet ixtisasları üzrə təhsil alırdılar. Rəsm, xoreoqrafiya şöbələri açıldıqdan sonra 1985-ci ildən Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Sumqayıt şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyətinin qərarı ilə məktəb Bülbülün adı ilə adlandırıldı. Məktəbin 35 illik fəaliyyəti ərzində şagirdləri respublika müsabiqələrində iştirak edərək diplomlara, fəxri fərmanlara layiq görülmüşdür. 1999-cu ildə musiqi və incəsənət məktəbləri şagirdləri arasında keçirilən Respublika Baxış müsabiqəsində Bülbül adına incəsənət məktəbinin şagirdləri Elvin Xasıyev və Xəyyam Tağıyev diplomlarla təltif olunmuşlar.

2001-ci ildə Sumqayıt şəhəri üzrə keçirilən gənc istedadların müsabiqəsində incəsənət məktəbinin xalq çalğı alətləri ansamblı müsabiqənin laureatı olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2002-ci ildə təşkil etdiyi "Uşaqların gözü ilə" adlı sərgidə məktəbin şagirdləri mükafat almışlar. 2004-cü ildə Respublika üzrə uşaq xor kollektivləri arasında keçirilən müsabiqədə məktəbin xor kollektivi fəxri fərmana layiq görülmüşdür. 2005-ci ildə Çexiya Respublikasının Lides şəhərində dünya üzrə uşaqlar arasında keçirilən rəsm müsabiqəsində məktəbin şagirdi Orxan Həsənov fəxri fərmanla təltif olunmuşdur. Məktəbin məzunları müğənni-bəstəkar Elza Seyidcahan, bəstəkar Ceyhun və Vaqif Allahverdiyevlər respublika miqyasında tanınırlar.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 08, 2026

    İbn Səyyad

  • Aprel 08, 2026

    Hicri-qəməri təqvim

  • Aprel 02, 2026

    Poçt markası

  • Aprel 06, 2026

    Livan bayrağı

  • Aprel 08, 2026

    Kemerovo vilayəti

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst