Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, B

Bədri Seyidzadə

  • Ana Səhifə
  • Bədri Seyidzadə

Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi.

Bədri Seyidzadə
Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə
Soldan oturan 1-ci Bədri Seyidzadə müəllim və şairlər ilə (Bakı, 1916-cı il)
Soldan oturan 1-ci Bədri Seyidzadə müəllim və şairlər ilə (Bakı, 1916-cı il)
Təxəllüsü Bədri
Doğum tarixi 20 yanvar 1882(1882-01-20)
Doğum yeri
  • Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi noyabr 1945(1945-11) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti şair

Həyatı

İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur. Şair "Vətən" ("Azərbaycan" qəzeti, 1919, 7 avqust) şerində də vətəni yüksəkdə duran və əbədiyyətədək enməyəcək bayraqlı bir diyar kimi vəsf etmişdir.

Həmçinin bax

  • Azərbaycan ədəbiyyatı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)

  • Mart 26, 2026

    Fel

  • Mart 26, 2026

    Dünya əhalisi

  • Aprel 19, 2026

    Səlcuq-Baqrationi sülaləsi

  • Aprel 02, 2026

    4 iyun

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst