| Bəhruz Mənsurov | |
|---|---|
| Bəhruz Qəhrəman oğlu Mənsurov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 13 mart 1975 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 16 mart 1995 (20 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Rütbəsi | Kursant |
| Döyüşlər | Mart hadisələri |
| Təltifləri | |
Mənsurov Bəhruz Qəhrəman oğlu (13 mart 1975, Telavar, Yardımlı rayonu – 16 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı
Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.
Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.
Oxuduğu orta məktəb onun adını daşıyır.
Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq–abidə kompleksi onun adını daşıyır.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 182.
- 13 martda doğulanlar
- 1975-ci ildə doğulanlar
- Yardımlı rayonunda doğulanlar
- 16 martda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- 20 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Yardımlı rayonunda dəfn olunanlar
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Yardımlıda doğulanlar
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Heydər Əliyev adına Hərbi İnstitutun məzunları
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar
